“Yunayted” Ceymsi rəsmi olaraq təqdim etdi

Deniel Ceyms
Paylaş:

“Mançester Yunayted” rəsmi olaraq “Suonsi”nin yarımmüdafəçisi Deniel Ceyms transferini bitirdiyini açıqlayıb.

Ceyms klubla bir il də mümkün artırılma şərti ilə beş illik müqavilə imzalayıb.

21 yaşlı uelsli futbolçu “Suonsi”nin heyətində keçən ilin fevral ayında debüt etmişdi, elə həmin ilin noyabr ayında isə Uels millisinin əsas komandasının heyətində ilk oyununa çıxmışdı.

Ole Qunnar Sulşer müqavilənin ardınca bildirib: “Deniel Ceyms çox maraqlı gənc vingerdir, müxtəlif texniki fəndlərə sahibdir, meydanı yaxşı görür, yaxşı sürətə və əla işə yanaşma etikasına malikdir. “Suonsi”də əla mövsüm keçirdi və onun “Mançester Yunayted”in oyunçusu olması üçün hər şeyi var. Biz şadıq ki, o, bizimlə müqavilə imzaladı və onunla işləyəcəyimiz günü gözləyirik. Denielin yaxşı ətrafı olacaq ki, onun inkişaf etməsinə kömək olacaq”.

Müqavilə imzaladıqdan sonra Ceyms də öz fikirlərini bildirib: “Bu mənim həyatımdakı ən yaxşı günlərdən və sınaqlardan biridir, hansı ki, böyük səbrsizliklə gözləyirəm. Premyer Liqa dünyanın ən yaxşı çempionatıdır, “Mançester Yunayted” isə inkişaf etmək üçün ideal bir yerdir”.

“Mən və mənim ailəm bu an ilə fəxr edirik. Təəssüf ki, atamın mənimlə bu sevinci bölüşə bilməməsi bu ana kölgə salır. Ole ilə işləmək imkanını, komanda ilə görüşməyi və oynamğı səbrsizliklə gözləyirəm”.


Mənbə: manutd.com

0 comments