Qış fasiləsi fevralda təşkil olunacaq

premyer liqa
Paylaş:

“Mançester Yunayted”in rəsmi saytı Premyer Liqa tarixində baş tutacaq ilk qış fasiləsinin hansı sistem üzərində təşkil olunacağını izah edib.

İlk fasilə 2020-ci ilin fevralında olacaq, amma dəqiq cədvəl dekabrın ortalarında bilinəcək. Fasilənin başlanğıcında “Yunayted” fevralın 1-də “Vulverhempton” ilə qarşılaşacaq, amma növbəti matçda “Çelsi” ilə 8 fevralda, ya da 15 fevralda oynayacayıq.

Premyer Liqa fasiləni təşkil etmək üçün elə qərar verib ki, azarkeşlər futbolsuz qalmasın, ona görə də bir tur iki həftə ərzində keçiriləcək.

“Fasilə zamanı hər bazar günləri Premyer Liqanın beş turu keçiriləcək – beş ilk bazar günündə və beş ikincidə. Bunu həyata keçirmək üçün FA İngiltərə Kubokun beşinci raundun oyunlarını həftənin ortasına salmağa razı olub. Bundan əlavə, 2019-20 mövsümündən kubokun beşinci mərhələsində cavab oyununa ehtiyac olmayacaq – komandalar əlavə vaxtda və penaltilərdə qalibi müəyyənləşdirəcəklər” – Premyer Liqanın rəhbərliyinin bəyanatında deyilir.


Mənbə: manutd.com

0 comments