Sky: “Poqba “Yunayted”də qalacaq”

Pol Poqba
Paylaş:

Sky Sports News xəbər verir ki, “Mançester Yunayted”də Pol Poqbanın klubda qalacağını gözləyirlər.

“Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer hesab edir ki, Fransa millisinin yarımmüdafiəçisi onun “Old Trafford”da keçirəcəyi ilk tam mövsümündə əsas oyunçulardan biri olacaq.

Xatırladaq ki, bu yaxınlarda Pol Poqba bildirmişdi ki, yeni çağırışın axtarışdadır və özünü başqa bir yerdə də sınamaq istəyir. Futbolçu ilə daha çox keçmiş klubu “Yuventus” və həmyerlisi Zinəddin Zidanın çalışdırdığı “Real” klubu maraqlanır.


Mənbə: Sky Sports

0 comments