Martines: “Luklaku klubunu tərk etməlidir”

Romelu Lukaku
Paylaş:

Belçika millisinin baş məşqçisi Roberto Martines əmindir ki, “Mançester Yunayted”in hücumçusu Romelu Lukaku bu yay “Old Trafford”u tərk etməlidir.

“Hamıya məlumdur ki, o, “Mançester Yunayted”i tərk etməlidir. Bu hər iki tərəf üçün yaxşıdır. İndi ən vacibi Romelunun düzgün klub tapmasıdır” – Martines Belçikanın Het Laatste Nieuws nəşrinə müsahibəsində deyib.

Gözlənilir ki, Romelu Seriya A çempionatına keçəcək. Əvvəlki müsahibələrində Lukaku İtaliya çempionatı, xüsusən də, Milan “İnter”in yeni baş məşqçisi Antonio Konte haqqında kifayət qədər təriflər demişdi.

“Yaxşıdır ki, Konte “İnter”ə gəldi, mənə görə o, dünyanın ən yaxşı baş məşqçisidir. Mənim gələcəyimə gəldikdə isə qərarımı artıq vermişəm, amma “Mançester Yunayted”ə olan hörmətimdən, hansı ki, onlarla hələ müqaviləm var, bu haqda məlumat verə bilmərəm.

“Mən Seriya A liqasının böyük pərəstişkarıyam. Mənim yaxınlarım bilirlər ki, mən hər zaman İngiltərə və İtaliyada oynamağı arzulamışam. İtaliyanı sevirəm. Kriştianu Ronaldu onların çempionatına getdi, Sarri “Yuventus”a keçir, Ançelotti “Napoli”də – nəfəskəsici çempionat olacaq. Klub və agent danışıqlar aparacaqlar, amma mən artıq qərarımı vermişəm”.


Mənbə: Independent

0 comments