Lindelöf: “Lids”lə oyunu səbrsizliklə gözləyirəm”

Viktor Lindelöf
Paylaş:

Yay təlim-məşq toplantısı zamanı “Mançester Yunayted” özünün əzəli rəqibi “Lids” ilə qarşılaşacaq, Viktor Lindelöf isə öz dostuna qarşı oynamalı olacaq.

“Yunayted”in qarşıdakı Yorkşirk təmsilçisi ilə oyunu Lindelöfü həvəsləndirir, çünki onun həmyerlisi, isveçli müdafiəçi Pontus Yanson 2016-cı ildə “Lids”ə keçdikdən sonra klub qəhrəmanlarından birinə çevrilmişdi.

“Mən heç vaxt onlara qarşı oynamamışam, amma əlbəttə ki, “Lids” ilə rəqabət rəqabət haqqında məlumatım var. Baxmayaraq ki, yoldaşlıq oyunudur, oyun çətin keçəcək” – Lindelöf deyib.

“Mənim isveçli dostum orda oynayır, ona görə də bu əyləncəli olacaq. Bu oyunu səbrsizliklə gözləyirəm”.

Lindelöf üçün bu “Yunayted”də üçüncü təlim-məşq toplantısı olacaq və qeyd edib ki, 2019/20 mövsümün hazırlıqlarına çox böyük əhəmiyyət verir.

“Hazırlıq komanda üçün çox əhəmiyyətlidir. Yeni oyunçular gəlir, yeni kollektivə qoşulurlar, mən düşünürəm ki, bu vacibdir və xüsusilə də bu mövsüm daha vacibdir ki, əvvəldən biz hamımız bir yerdə məşqlərə başlayaq və istədiyimiz hər şeyə diqqət yetirək”.

Baxmayaraq ki, oyunçular iyulun 1-dən məşq bazasına yığışmağa başlayırlar, onlar məzuniyyət zamanı belə individual proqram ilə məşqlərini davam etdirirlər.

“Biz peşəkarıq, ona görə də tətil vaxtı belə məşq edirik və çalışırıq ki, formamızı saxlamağa çalışırıq”.

“Təlim-məşq toplantılarında ən vacib olan oyunlardır, çünki bu oyunçulara oyun ritmini hiss etməyə və taktika üzərində işləməyə kömək edəcək ki, hər kəs nə etməli olduğumuzu başa düşsün”.


Mənbə: manutd.com

0 comments