Nevill: “Yunayted” çətin dönəmdən keçir

Qari Nevill
Paylaş:

Qari Nevill “Mançester Yunayted”in problemlərindən danışarkən bildirib ki, kluba bu transfer pəncərəsində böyük iş düşəcək.

“İş görmək çətindir. “Mançester Yunayted”in oyunçular istədiyini hamı bilir və buna görə də qiymətlər qalxır. Oyunçular durub hansısa klubla özləri müqavilə imzalamırlar – onlar öz ev tapşırıqlarını yerinə yetirirlər və bu işləri görmək üçün agentlərə üz tuturlar. Bu gün hansısa oyunçunu bir kluba keçirməzdən əvvəl 50 dəfə görüş keçirilir. Digər yırtıcılar yeni oyunçular axtararkən “Yunayted” çuxurda qalacaq. Bütün klubların eyni oyunçuları istəməsi özləri üçün də böyük bir problemdir. Hamısı Harri Maquayrı istəyir, hər bir klub. Hər kəs Kristian Erikseni istəyir.

Bir-birinə yaxın səviyyədə olan oyunçuları 4-5 klub birdən istəyir. Onlar elə ilk təklifdən müqavilə masasına oturmurlar, daha müdrik düşünürlər və məsələyə fərqli aspektlərdən yanaşırlar. Çempionatda mübarizə aparmaq üçün “Yunayted”in düzgün bir heyəti qurması böyük bir işdir. Ümid edirəm bütün bunlara bu yay start veriləcək, lakin bu sadəcə oyunçular gətirməklə düzələn məsələ deyil, bəzilərini də heyətdən kənarlaşdırmaq lazımdır.

Hansısa oyunçunu tutub saxlamaq lazım deyil. Pol Poqba oynayarkən “Mançester Yunayted” daha yaxşı komanda olur, amma əgər oyunçular klubda qalmaq istəmirlərsə – təkcə Poqbadan söhbət getmir, o, klubda qalmağı da istəyə bilər – sən yeni mübarizəyə başlamaq üçün gərək hər kəsi düzgün şəkildə bir araya gətirəsən.

Nəhayət, Olenin etməli olduğu ən birinci şey – kimlər klubu irəliyə aparmağa hazırdır, bu şey üzərində işləmək. Mən hələ də bir çox oyunçudan əmin deyiləm. Hər gün “Sky Sports” xəbərlərini izləyirəm və görürəm ki, belə transfer şayiələri hər zaman olacaq. Oyunçuların getməsinə izn vermədən öncə yenilərini almalısan. Çünki pulla silahlanma səni bir çox cəhətdən zəif düşürə bilər.

“Yunayted” üçün hər şey bəzilərinin getməsinə izn vermədən öncə, oyunçular axtarmalı olduqlarını bildikləri bir nöqtəyə manevr etmək, zamanlama və manipulyasiyadan ibarətdir (düzgün işləmə). Əks halda, onlar insanlar üçün pul qopardılması çox asan olan bir hədəfə çevriləcəklər, hansı ki, mən də artıq buna əminəm.

Oyunçuların bu klubun nələr edə biləcəyi, bunun nə qədər böyük olacağı və gələcəkdə klubun nə edəcəyi mövzusunda daha çox görüşə sahib olacaqlarını düşünmək istərdim. Əgər hansısa oyunçu bir mövsüm Çempionlar Liqasında çıxış etməməsinə görə bir klubu seçəcəksə, deyərdim ki, həmin oyunçu klub üçün düzgün birisi deyildir. Siz “Mançester Yunayted”ə klubu aid olduğu yerə qaytarmaq üçün gələn oyunçuları istəyərsiniz. Bu da ən önəmli məsələdir”.


Mənbə: Sky Sports

0 comments