Hər iki Mançester təmsilçisi Maquayr üçün mübarizə aparır

Harri Maquayr
Paylaş:

Sky Sports News xəbər verir ki, “Mançester Yunayted” və “Mançester Siti” “Lester”in müdafiəçisi Harri Maquayr uğrunda mübarizəni davam etdirirlər.

Mançester şəhərinin hər ki təmsilçisi “tülkülər”ə İngiltərə millisinin 26 yaşlı müdafiəçisi üçün 65 milyon funt sterlinq ödəməyə hazır olduqlarını bildiriblər. Hər iki klubun “Lester” ilə danışıqları artıq bir neçə həftədir ki, davam edir, amma hələ ki razılaşma əldə olunmayıb.

Maquayr “Lester”də onsuz da çox xoşbəxtdir və öz transferində çox təzyiq göstərməyəcək, amma Premyer Liqanın altı aparıcı klubundan birinə keçməyə də qapını açıq qoyub.

“Lester”in mövqeyi həmişə ondan ibarətdir ki, onların oyunçusunu təcili satmağa istəyi və meyilləri yoxdur, buna baxmayaraq, onlar yalnız rekord təklif gələcəyi təqdirdə fikirlşəcəklər, hansı ki, indiki rekord “Liverpul”un müdafiəçisi Vircil van Deykə məxsusdur.


Mənbə: Sky Sports

0 comments