BBC: “Yunayted” Uan-Bissaka transferini həll etdi”

Van-Bissaka
Paylaş:

BBC Sport xəbər verir ki, “Mançester Yunayted” və “Kristal Pelas” Aaron Uan-Bissak üçün danışıqda razılaşma əldə edərək transferi yekunlaşdırıblar.

Futbolçu “Old Trafford”a 45 milyon funta (əlavə 5 milyon funt bonus kimi) keçəcək və “Yunayted”in bu yay ikinci transferi olacaq.

Uan Bissaka məvacibini 10 dəfə artırmağa nail olub – 21 yaşlı ingilis futbolçu həftəsinə 80 min funt qazanacaq, amma “Kristal Pelas”da ən az məvacib alan oyunçu idi və həftəsinə 10 min funt qazanırdı.

Yaxın zamanda Uan-Bissaka tibbi müayinədən keçəcək.

Telekanal onu da xəbər verir ki, “Mançester Yunayted” keçmiş oyunçusu Uilfrid Zahanın satışından 25% gəlir əldə edəcəyi ilə bağlı razılaşmanı qüvvədə saxlaya bilib. Əvvəl isə xəbər verilirdi ki, “Kristal Pelas” istəyirdi ki, Uan-Bissakanın transferi üçün danışıqlarda bu bəndi sildirsin.


Mənbə: BBC Sport

0 comments