M.E.N.: “Reşford yeni müqavilə imzalamağa yaxındır”

Markus Reşford
Paylaş:

Manchester Evening News xəbər verir ki, Markus Reşford yaxın zamanlarda “Mançester Yunayted” ilə yeni beş illik müqavilə imzalaya bilər.

Ole Qunnar Sulşar Reşfordda öz komandasının əsas hücumçusu kimi görür və istəyir ki, yaxın illər ərzində klubun əsas hücumçusu olsun. Mənbənin xəbərinə görə Reşfordun nümayəndələri və “Yunayted” rəhbərliyinin son görüşü uğurlu bitmişdi və yeni razılaşma tezliklə imzalanacaq.

Reşfordun hazırkı müqaviləsi bir ildən sonra bitəcək və “Yunayted” bu müddəti uzatmaq istəyir, belə ki, Sulşer öz heyətini İngiltərə millisinin hücumçusu ətrafında qurmaq istəyir.

Baxmayaraq ki, Reşford “Yunayted”in son səkkiz oyununda fərqlənə bilməmişdi, amma Sulşerin təyinatından sonra möhtəşəm oyun göstərmişdi. Dekabrdan feavrala qədər səkkiz oyunda altı dəfə fərqlənə bilmişdi, o cümlədən, norveçli mütəxəssisin “Kardiff”lə baş tutan ilk matçında qol vura bilmişdi.

Gözlənilir ki, bu yay klubu Romelu Lukaku tərk edə bilər, hansı ki, Milanın “İnter” klubu maraqlanır, və Aleksis Sançesin də gələcəyi sual altındadır, ona görə də Reşfordun hücum xəttinə başçılıq edəcək.

Müqavilənin detalları hələ ki, bəlli deyil, amma gözlənilir ki, dörd ya beşillik müqavilə imzalanacaq və Reşfordun məvacibi gözə çarpacaq qədər artacaq.


Mənbə: Manchester Evening News

0 comments