Vudvord: “Yeni transferlər üzərində çalışırıq”

Ed Vudvord
Paylaş:

“Mançester Yunayted”in vitse-prezidenti Ed Vudvord bildirib ki, klub bu yay üçün planlaşdırdığı transferlər üzsərində çox səylə çalışır.

Klubun əməkdaşları Aron Van-Bissakanın rəsmi transferinin açıqlanmasından bir qədər əvvəl daxili məktub almışdılar, hansı ki, orada Vudvord “Mançester Yunayted”in transfer bazarındakı aktivliyindən danışmışdı.

“Transfer bazarının “şişirdilməsi”nə baxmayaraq və hər zaman fikir azdıra biləcək şayiələrə baxmayaraq, bizim transfer komandamız Ole Qunnar Sulşer ilə birlikdə kluba möhtəşəm futbolçuların gətirilməsi üçün bağlı qapılar arxasında sakitcə işləri ilə məşğuldurlar, hansı ki, həmin oyunçular kluba uzunmüddət lazım olacaqlar” – Vudvord məktubda yazıb.

“Suonsi”dən gənc futbolçu Daniel Ceymsin keçidindən sonra sevinc hissi ilə bildirirəm ki, bizə “Kristal Pelas”dan gənc müdafiəçi Aron Van-Bissaka da qoşuldu”.

“Aron Ole Qunnarın fəlsəfəsinə və onun komandnaın inkişaf planına ideal şəkildə uyğun gəlir, hansı ki, bizim möhtəşəm azarkeşlərimizi yeni mövsümdən sevindirəcək”.


Mənbə: Sky Sports

0 comments