Reşford: “Klubun yenidən uğurlar qazanması üçün əlimdən gələni edəcəyəm”

Markus Reşford
Paylaş:

“Mançester Yunayted” gənc hücumçu Markus Reşfordun müqaviləsini 2023-cü ilədək artırıb. 

21 yaşlı Akademiya yetirməsi 7 yaşından bəri “Mançester Yunayted”in formasını daşıyır. Mançesterdə doğulan gənc oğlan bu günədək klub səviyyəsində 170, milli komanda səviyyəsində isə 32 oyunda iştirak edib.

Bu gün “Yunayted” ilə olan müqaviləsini yeniləyən Reşford deyib:

“7 yaşımda buraya gəldiyimdən bəri “Mançester Yunayted” mənim həyatımın hər şeyi olub. Bu klub məni həm bir oyunçu, həm də bir şəxs kimi formalaşdırıb. Yəni hər dəfəsində bu formanı geyinmə fürsəti əldə etmək böyük bir ayrıcalıqdır.

“Mənim üçün etdikləri hər şeyə görə Ole və onun məşqçilər korpusuna təşəkkür edirəm. Onlar öyrənmək üçün mükəmməl məşqçilər qrupudurlar, çünki mən də öz inkişafıma davam etmək və daha üst səviyyəyə yüksəlmək üçün çalışıram.

“Bu klubun aid olduğu yerə qayıtması və azarkeşlərimizin layiq olduğu uğura yenidən nail olmaları üçün əlimdən gələni edəcəyəm”.

Markus Reşfordla müqavilənin yenilənməsindən dolayı məmnun olduğunu bildirən Sulşer deyib:

“Markus öz yaş nəslinin ən yaxşı ingilis futbolçularından biridir. O, təbii sürət və enerjisi ilə mükəmməl bir oyunçudur. Bizim Akademiyanın yetişdirdiyi parlaq bir nümunədir və onun təlim-tərbiyəsi göstərir ki, o, “Mançester Yunayted”də oynamağın nə məna kəsb etdiyini çox gözəl başa düşür.

“21 yaşı olmasına baxmayaraq, Markus böyük bir təcrübə sahibidir. Onun klubumuzla fantastik bir gələcəyi var və mən onun bizimlə yeni müqavilə imzalamasından dolayı çox şadam”.


Mənbə: Manutd.com

0 comments