Sky: “Klub Maquayr üçün 70 mln funt təklif göndərib”

Harri Maquayr
Paylaş:

Sky Sports xəbər verir ki, “Mançester Yunayted” “Lester Siti”nin ingilis müdafiəçisi Harri Maquayr üçün 70 milyon funt civarında transfer təklifi göndərib.

Bazar ertəsi Maquayr komanda yoldaşları ilə birlikdə “Lester”in “Bivor Drayv” məşq bazasına gəliblar, hansı ki, orada “tülkülər” yeni mövsümün hazırlıqlarına başlayıblar, amma hələlik İngiltərə millisinin müdafiəçisi indiki komandası ilə bazar günü  Fransadakı Alp dağlarında yerləşən Evyan-le-Ben şəhərinə gedəcəyi məlum deyil, hansı ki, “Lester”in ilk altı günlük məşqi orada planlaşdırılıb.

Telekanalın məlumatına görə “Mançester Siti” də bu transferdə maraqlıdır.

Xatırladaq ki, mətbuat keçən il də futbolçunun “Yunayted”ə keçidini tez-tez gündəmə gətirirdi, amma həmin vaxt bu transfer baş tutmamışdı.


Mənbə: Sky Sports

0 comments