Sulşer tura gedəcək futbolçuların adını açıqlayıb

Ole Qunnar Sulşer
Paylaş:

“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer yay təlim-məşq toplantısı üçün tura yollanacaq 28 nəfərlik heyəti açıqlayıb. 

“Yunayted” turda beş yoldaşlıq oyunu keçirəcək – Avstraliyada “Pers Qlori” və “Lids Yunayted” ilə oyunların ardınca Sinqapurda Milanın “İnter” klubu, Çində “Tottenhem” və Uelsdə “Milan” ilə qarşılaşacaq.

Altıncı yoldaşlıq oyunu isə Norveçdə “Kristiansund” komandası ilə oynanılacaq. Bütün oyunlar MUTV ilə canlı yayımlanacaq.

Tura yollanan 28 nəfərlik heyət:

Qapıçılar: David De Hea, Li Qrant, Joel Pereyra, Serxio Romero;

Müdafiəçilər: Dioqu Dalo, Aron Van-Bissaka, Erik Bayi, Fil Cons, Victor Lindelöf, Markos Roho, Kris Smollinq, Aksel Tuanzebe, Lyuk Şou, Eşli Yanq;

Yarımmüdafiəçilər: Tahit Çonq, Ceyms Qarner, Eyncel Qomes, Daniel Ceyms, Cessi Linqard, Nemanya Matiç, Xuan Mata, Skott MakTominey, Andreas Pereyra, Pol Poqba;

Hücumçular: Meyson Qrinvud, Romelu Lukaku, Markus Reşford və Antoni Marsial.

*Fred və Darmian ailə səbəblərinə görə komandaya sonradan qoşulacaqlar.


Mənbə: manutd.com

0 comments