Fan-klubumuz artıq rəsmidir!

Reddevils
Paylaş:

“Həqiqətən də qrupunuzun yaradılması zaman tələb edən, klub üçün nəzərəçarpaçaq və ağır zəhmətin nəticəsidir. Şəxsən mən öz növbəmdə uzaqlardan olsa belə Qırmızı ailəyə qoşulmağınızı alqışlayır və sizləri salamlayıram. “Mançester Yunayted”in nizamnaməsinə istinad edərək sizə rəsmi status verildiyini elan edirəm. “Mançester Yunayted” azarkeş qrupları içərisində  Azərbaycanı təmsil edən yeganə və rəsmi azarkeş klubu olaraq Baku Reds kimi qeydiyyata alınmısız”.

Biz bu mesajı neçə illərdir gözləyirdik. Və gün böyük sevinc hissi ilə Azərbaycandakı və ölkəmizdən kənar yaşayan azərbaycanlı “Yunayted” azarkeşlərini rəsmi fan-klub olmağımız münasibəti ilə təbrik edirik!

Doğurdan da bu işi görmək həm uzun zaman, həm də zəhmət tələb etdi. Qıraqdan bəlkə də adi, sadə iş kimi görsənə bilər, amma işin içində olanlar bilir ki, bunun üçün nə qədər əziyyət çəkmişik. Neçə illərdir ki, rəsmi olmadan belə fan-klub yüksək səviyyədə fəaliyyətini davam etdirirdi. Amma yenə də adımızın əvvəlində “rəsmi” sözününü olmaması bizi bir az üzürdü. Bir neçə dəfə buna cəhd etsək də, üzrlü səbəblərdən buna nail ola bilmədik. Həvəsdən düşənlər də oldu, bu proyektə inanmayanlar da oldu. Bütün bunlar isə işimizi bir az da çətinə salmışdı. Yenə də aramızda elələri oldu ki, vaxtının müəyyən hissəsini bu işin alınması üçün sərf etməyə hazır idi və bu arzularımızın gerçəkləşməsinə kömək oldu.

Bu səhər klub tərəfindən gələn mesajdan sonra sevincimizin həddi-hüdudu olmadı. Niyə də olmasın? Adlarını rəsmi qoyan fan-klublardan belə çox iş görürdük, sadəcə “Yunayted”dən “rəsmi” adını almaq üçün şərtlər ilk öncə münasib deyildi.

Rəsmi fan-klub adını almaqda çox azarkeşin əziyyəti oldu. Hamısına öz təşəkkürümü bildirirəm! Və ümid edirəm ki, qarşıdakı illər ərzində öz əməyi ilə ölkədə bir nömrəli azarkeş qrupu olacayıq!

Fan-klubun adı: Baku Reds

Fan-klubun prezidenti: Vüsal Qarayev

Vitse-prezident: Kamran Mirzəyev

Xəzinadar: Ramid Mirzəyev

Mətbuat katibi: Tərlan Məmmədov (Şahinoğlu)

49342414_2275648812672773_4653084460869222400_n 13220780_1752475384990121_290721718084742552_o 13700185_1775750452662614_1394546437033487031_n

0 comments