Telegraph: David De Hea yeni müqavilə imzalayacaq

David De Hea
Paylaş:

“Mançester Yunayted” David De Hea ilə yeni – 6 illik müqavilə imzalanması barədə razılıq əldə edib.

Bu haqda İngiltərənin nüfuzlu media orqanı “Telegraph” yazır. Xəbərdə deyilir ki, De Hea “Yunayted”lə olan müqaviləni daha 6 il artırmaqla dünyanın ən çox maaş alan qolkiperi olacaq. Belə ki, o, yeni müqaviləyə əsasən həftəsinə 375,000 funt-sterlinq qazanacaq.

Yeni müqavilənin komanda yay hazırlıq turundan Mançesterə qayıtdıqdan sonra imzalanacağı qeyd olunur.


Mənbə: Telegraph

0 comments