Sulşer: “Eşli Yanq komandamızın əsas kapitanı olacaq”

Eşli Yanq
Paylaş:

Dünən Beynəlxalq Çempionlar Kuboku turnirində “Milan” üzərində qazanılan qələbənin ardından Ole Qunnar Sulşer mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən “Mançester Yunayted”in yeni mövsüm üçün kapitanlıq sarğısını kimlərin daşıyacağı barədə danışıb.

Sulşer bildirib ki, 2019/20 mövsümü üçün “Mançester Yunayted”in əsas kapitanı Eşli Yanq olacaq.

Antonio Valensiyanın klubdan ayrılmasından sonra heyətdə ən təcrübəli oyunçulardan biri olan Eşli Yanq qarşıdakı mövsümdə komandamızın əsas kapitanı kimi çıxış edəcək. Onun meydanda olmayacağı oyunlarda isə kapitanlıq sarğısını David De Hea daşıyacaq:

“David də məsələnin içindədir, lakin Eşli meydanda olarkən sarğını özü daşıyacaq. Eşli Yanq start heyətdə meydana çıxdıqda, komandanın kapitanı özü olacaq”.

Beləliklə, yeni mövsümdə “Mançester Yunayted”in əsas kapitanı Eşli Yanq, vitse-kapitanı isə David De Hea olacaq. Uğurlar!


Mənbə: ManUtd.com

0 comments