Ole: “Harri Maquayr tezliklə açıqlanacaq”

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer bildirdi ki, Harri Maquayrın “Mançester Yunayted”ə keçidi tezliklə açıqlanacaq.

Bir neçə gün öncə nüfuzlu “Telegraph” və “Sky Sports” nəşrlərinin verdiyi məlumata görə, “Yunayted” 26 yaşlı mərkəz müdafiəçisi Harri Maquayr üçün “Lester Siti” ilə 80 (85) milyon funt-sterlinq qarşılığında razılıq əldə edib.

“Milan”la oyunun ardından mətbuat konfransında danışarkən Ole deyib:

“Ümid edirəm həftəsonu ərzində ən xırda detallar da yoluna qoyulacaq və biz onu tezliklə açıqlayacağıq”.

Premyer Liqanın açılış turunda “Çelsi” ilə oyun üçün Maqayrın iştirak ərizəsinə salınması ilə bağlı suala isə Ole bu cür cavab verib:

“Hələ ki bütün detalları yoluna qoyaq, amma bəli, o, “Çelsi” ilə oyun üçün nəzərdə tutula bilər. O, mövsüm öncəsi hazırlıqlarda iştirak edib və oyunlara çıxıb, biz sadəcə onun vəziyyətini qiymətləndirməliyik”.

Pol Poqbanın gələcəyi barədə danışarkən Ole bildirib ki, fransalı yarımmüdafiəçinin klubda qalacağına şübhəsi yoxdur:

“Mənim heç bir şübhəm yoxdur. Onun bu oyuna gələ biləcəyini (təyyarədə olacağını), onsuz da, gözləmirdim. Onunla məşqdən sonra danışmışdım və özünü yaxşı hiss eləmirdi. Pol həftənin ilk günlərində mütləq məşqlərə qayıdacaq. Onun zədəsi yoxdur, sadəcə bir az ağrı hiss edirdi. Bu oyunda risk etmək istəmədik və o, “Çelsi” ilə oyuna hazır olmalıdır. Belə ümid edirəm”.


Mənbə: Sky Sports

0 comments