Romelu Lukaku Milandadır

romelu lukaku
Paylaş:

“Mançester Yunayted”in belçikalı hücumçusu Romelu Lukaku gecə saatlarında “İnter” ilə müqavilə bağlamaq üçün Milan şəhərinə gəlib.

Aeroportda futbolçunu 200-ə yaxın italiyalı azarkeşlər qarşılayıb, hansı ki, onu bir neçə saat idi orada gözləyirdilər.

Sabah Lukaku tibbi müayinədən keçməli və beş illik müqavilə imza atmalıdır. Sky Sport kanalının müxbiri Fabrizio Romano xəbər verir ki, belçikalı yeni klubunda həftəsinə 300 min funt qazanacaq.

Lukakunun transferindən “Mançester Yunayted” ilkin laraq 65 milyon funt əldə edəcək və daha 12 milyon funt isə “qırmızı şeytanlar” bonus kimi qazana bilərlər.


Mənbə: Sky Sports

0 comments