Sky: “Mandzukiç üçün danışıqlar yenidən başlanıldı”

Mario Mandzukiç
Paylaş:

Sky Sports kanalın iki jurnalisti – Fabrizio Romano və Kave Solekol – eyni vaxtda xəbər veriblər ki, “Mançester Yunayted” bir neçə saat bundan əvvəl “Yuventus” ilə 33 yaşlı hücumçu Mario Manzukiç üçün danışıqlara yenidən başlayıb.

Romano onu da qeyd edib ki, transfer pəncərəsinin başlanmasına qədər bu transferi həyata keçirmək şansı çox azdır: “Hələlik heç bir razılıq yoxdur. “Yuventus” bu transferi “çox qəliz keçid” kimi hesab edir. Hal-hazırda şansları çox da yüksək deyil”.

Solekol isə xəbər verir ki, “Yunayted”ə Fernando Lorente ilə müqavilə bağlamaq təklif olunub, hansı ki, hal-hazırda azad agent statusu daşıyır. Jurnalistin məlumatına görə, “Yunayted”, həmçinin, “Atletik Bilbao”nun 25 yaşlı hücumçusu İnyaki Uilyams ilə də maraqlanır.


Mənbə: Sky Sports

0 comments