“Yunayted” – “Çelsi”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer Premyer Liqanın yeni mövsümünün ilk oyunu üçün təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

TRANSFER PƏNCƏRƏSİ HAQQINDA

“Bilirsiz, transfer pəncərəsi bağlanandan sonra çox böyük rahatlıq hissi keçirirsən. İndi bütün bunlar artıq bitdi, indi biz bilir ki, kimlərlə yola davam edəcəyik və indi mən müqavilə bağladığımız üç oyunçudan da çox razıyam”.

“Mən üzgün deyiləm və bu cür hiss nə klubda, nə də görüşdüyüm azarkeşlərdə yoxdur. Hər zaman daha çox oyunçu transfer etməyimizi istəyən azarkeşlər olacaq, amma bu biizm həyatımızın bir hissəsidir. Bizim elə oyunçularımız var ki, onlara inandığımızı göstərməliyik”.

LUKAKUNUN TRANSFERİ HAQQINDA

“Romun başqa kluba keçidi üçün vaxt artıq gəlmişdi. Mən elə düşünürəm ki, yaxşı bir razılıq əldə etdik, onun özü bundan razıdır, ona görə də elə bilirəm ki, hər iki tərəf bu transferdə uddu, belə də olmalı idi. Tur vaxtı Rom zədəli idi, məşqlərdə iştirak etmirdi, ümid edirəm ki, “İnter”dəki karyerasına uğurla başlayar”.

“Əlbəttə, Romelunun yaxşı qol nəticələri var, o, ən yaxşı mərkəz hücumçulardan biridir, əgər sən doğurdan da belə bir tip hücumçu ilə oynamaq istəyirsənsə. Amma mən əminəm ki, biz bu qol statistikasını Marsial və Reşfordun hesabına kompensasiya edəcəyik, Ceyms isə qol epizodlarını yaradacaq, əminəm ki, Cessi daha çox qol vuracaq. Bizim hücumda müxtəlif variantlarımız var”.

POQBA HAQQINDA

“Vəziyyət eynidir, o, əla çalışır. Hər dəfə məndən Pol, onun çıxışı və məşqləri haqqında soruşanda mən eyni cavabı verirəm ki, o, fantastik dərəcədə peşakar biridir”.

HÜCUM XƏTTİ KEÇƏN İLKİNDƏN YAXŞIDIR?

“Mövsümün sonunda biz az qol vurmağa başladıq, amma mən fikirləşirəm ki, bizim əlavə bir hücumçumuz da olsa idi, Meyson Qrinvudun yolu tamam başqa cür ola bilərdi. Mən əminəm ki, Meyson daha çox oynayacaq və qollar vuracaq”.

AZARKEŞLƏRİN NEQATİV ƏHVALI HAQQINDA

“Əlbəttə, biz bunu düzəltmək istəyirik və azarkeşləri bu hisdən uzaqlaşdırmaq üçün yeganə yol – yaxşı futbol, onlara neçə komanda olmaq istəyimizi, hansı tərzdə oynamaq istəyimizi göstərməkdir. Əgər azarkeşlərimiz bizim bu niyyətimizi görə bilsə, onda yenə bizi dəstəkləyəcəklər, amma klubun və komanda daxilində özümüzü inamlı hiss edirik və heç bir neqativ hiss yoxdur”.

KLUBUN GƏLƏCƏK TRANSFERLƏR ÜÇÜN BÜDCƏSİ VAR?

“Mən artıq demişəm, problemlərimizi tez həll etmək mümkün deyil, bunun üçün uzunmüddətli yenidənqurma işləri lazımdır. Biz kluba komandaya uyğun futbolçuları dəvət etməliyik. Pul olacaq, əgər bizə uyğun futbolçular olacaqsa”.

LEMPARD İLƏ GÖRÜŞ HAQQINDA

“Mən çox şadam ki, o, meydanda oynamayacaq, əlbəttə, qol vura biləcəkdi. Mən ona istənilən digər baş məşqçilər kimi yanaşıram. Biz artıq futbolçu deyil, baş məşqçilərik. Çərşənbə günü baş məşqçilərin toplantısı olmuşdur və biz söhbət etmişik”.

SANÇES GEDƏCƏKMİ?

“Aleksis komandaya qayıdıb və yaxşı məşq edir. Əlbəttə, digərlərindən dörd-beş həftə geri qalmışdı və oyunlara iştirak etməyib, əgər burada bağlı qapılar arxasında keçirtdiyimiz oyunu nəzərə almasaq. Məncə onun komandaya xeyri dəyə bilər. Fikirləşirəm ki, komandada qalacaq, o, hücumçudur, hansı ki, bizim nəzərimizdə qol vura biləcək gücü var”.

OYUNÇULARDAN KİMSƏ GEDƏ BİLƏRMİ?

“Bu mümkündür. Söhbət komandamızda kimləri görmək istəmədiyimizdən deyil, kimləri görmək istədiyimizdən gedir. Və siz özünüz də bizim komandaya nəzər saldıqdan sonra bunu başa düşə bilərsiz”.

VAR HAQQINDA

“Mən bu sistemin lehinəyəm, əgər düzgün qərarlar verəcəksə. Əgər sən iki yard və ya iki santimetr də olsa ofsaytda ilişmisənsə, onda oyundankənar vəziyyətdəsən. Bu vacibdir. Əgər qərar doğru və tez veriləcəksə, hamı üçün bu yaxşı olacaq və liqa daha da ədalətli olacaq”.


Mənbə: Manchester Evening News

0 comments