Joel Pereyra icarə əsasında “Harts”a keçdi

Joel Kastru Pereyra
Paylaş:

“Mançester Yunayted”in qapıçısı Joel Pereyra 2019/2020 mövsümünü icarə əsasında Şotlandiyanın “Harts” klubunda keçirəcək.

23 yaşlı futbolçu oyun praktikası əldə etmək üçün Şotlandiya klubuna keçməyə qərar verib. Bu icarə onun karyerasında beşinci olacaq. Buna qədər Pereyra “Roçdeyl”, “Belenenseş”, “Vitoriyu Setubal” və “Kortreyk” klublarında çıxış edib.

“Yunayted”in müdafiəçisi Demi Mitçellin “Taynkasl Park”da iki mövsüm icarə əsasında oynamaq onun xeyrinə olub, hansı ki, orada baş məşqçi Kreyq Leveynanın rəhbərliyi altında çıxış edib və klub hesab edir ki, Pereyraya da belə təcrübə lazımlı olacaq.

Bu yay qapıçı Ole Qunnar Sulşerin komandasının heyətinə təlim-mşq toplantısında iştirak etmişdi və “Pert Qlori və “Lids Yunayted”ə qarşı yoldaşlıq oyunlarında meydanda olmuşdu.

Pereyradan savayı “Yunayted”in daha üç qapıçısı icarəyə yollanıb: Aleks Foytiçek “Steylibric Seltik” klubuna, Din Henderson “Şeffild Yunayted” klubuna, Kiran O`Hara isə “Berton Albion” klubuna keçib.


Mənbə: manutd.com

0 comments