“Yunayted” üçüncü dəst formasını təqdim edib

forma
Paylaş:

“Mançester Yunayted” və Adidas firması bu gün rəsmi olaraq üçüncü dəst formalarını təqdim ediblər, hansı ki, futbolçular 2019-2020 mövsümündə istifadə edə biləcəklər.

Yeni forma “Yunayted”in İngiltərə Kubokunda ilk qələbəsinə həsr olunub – 1909-cu ildə finalda “Bristol” Sendi Ternbullun qolu sayəsində 1-0 hesabı ilə məğlub edilmişdi və klub planetin ən qədim futbol turnirində ilk dəfə qalib olmuşdu.

110 il bundan öncə futbolçular emblem əvəzinə formalarında Lankaşir qırmızı qızılgüllər həkk olunmuşdu, hansı ki, tünd boz rəng tonları ilə yeni formanın fonunda görsənir.

Formanın aşağı hissənin sol tərəfində belə qısa yazı da var: “110 il – Mançester qızılgülləri – 1909-2019”.

Yeni forma dəstə artıq “Yunayted”in meqastorelərində, klubun onlayn dükanlarında və həmçinin, Adidasın mağazalar şəbəkəsində satışa çıxarılıb.

cf0018570f6d01267ff1ed85a3c4a848 47616fd2da40262ec6e03d08331434c8 c27931ec58947b1176712548ed56d00f


Mənbə: manutd.com

0 comments