Smollinq: “Karyeramı İtaliyada davam etdirə bilərəm”

Smollinq
Paylaş:

“Mançester Yunayted”in müdafiçisi Kris Smollinq, hansı ki, indi icarə əsasında “Roma”da çıxış edir, icarə müdaddəti bitdikdən sonra da Roma təmsilçisinin heyətində oynamağa hazır olduğunu bildirib.

“Mən şadam ki, böyük bir klubda oynamaq şansı qazandım və gələcəkdə, əgər rəhbərlik məndən razı olacaqsa və qalmaq təklifi edəcəksə, mən tamamilə özümüm uzunmüddətli İtaliyada qalmaq perspektivlərimi görürəm”.

“Mən çox maraqlı idim ki, mənə yaradılan imkandan istifadə edim və çox istəyirdim ki, bura gəlim. Hər şey çox tez baş verdi. İndi mənə yalnız növbəti oyunlarımıza köklənmək, məşqlərin ritminə tez uyğunlaşmaq və yaxşı mövsüm keçirmək lazımdır. Ondan sonra baxarıq nələr baş verəcək”.

Xatırladaq ki, 29 yaşlı Smollinq “Roma” ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.


Mənbə: Manchester Evening News

0 comments