Patris Evra Daniel Ceymsə mükafatını təqdim etdi

Deniel Ceyms
Paylaş:

Patris Evra “Ayın ən yaxşı oyunçusu” mükafatını Daniel Ceymsə təqdim etdi və “Yunayted”in futbolçusu üçün bunu xüsusi sözlərlə həyata keçirtdi.

“Daniel Ceyms, sən azarkeşlər və mən tərəfindən avqustun ən yaxşısı seçilmisən. Mən fikirləşirəm ki, sən bu mükafata layiqsən və düzünü desəm, bunu ehtirasına, sevginə görə sənə verməkdən çox məmnunam… Mən bunu sənin oyunundan görürəm”.

“Bu günlər həyatının ən yaxşı anlarıdır, çünki belə bir klubda çıxış edirsən! Və bizə belə oyunçular lazımdır. Mən sənin qol sevincini yaxşı yadımda saxlamısan, çünki bu sevincdən tüklərim biz-biz olmuşdu. Bu oyuna televizordan baxmışam və məni özünə məhz bu qol sevinci çəkdi, hətta qolun özü yox, çünki həmin an beynimdə bu fikirlər var idi: “Klub düzgün istiqamətdədir”. Bizə sənmin kimi oyunçular lazımdır!”.

“Yaş əhəmiyyət kəsb etmir. Sən təcrübəli ya gənc oyunçu ola bilərsən, amma sən öz sevgini bu formaya göstərməlisən, çünki bu gerbin arxasında böyük bir tarix var. Məncə sən bunları yaxşı başa düşürsən. Mən 100% əminəm ki, səni inanılmaz bir karyera gözləyir, çünki sən öz işinə düzgün yanaşırsan, bu isə çox vacibdir”.

Qeyd edək ki, Patris Evra hal-hazırda klubda çalışır, belə ki, “Yunayted” ona məşqçi lizensiyası olmağa kömək edir.


Mənbə: manutd.com

0 comments