De Hea yeni müqavilə imzalayıb

David De Hea
Paylaş:

Rəsmi sayt xəbər verir ki, David De Hea “Mançester Yunayted” ilə yeni uzunmüddətli müqavilə imzalayıb, hansı ki, onu bir il də uzatmaq şərti ilə minimum 2023-cü ilə qədər klubda saxlayacaq.

28 yaşlı De Hea 2011-ci ildə “Yunayted”ə transfer olunmuşdu və indiyə qədər 367 oyun keçirib.

De Hea klubda olduğu müddətdə İngiltərə çempionatını, İngiltyərə Kubokunu, Liqa Kubokunu, Avropa Liqasını və İngiltərə Super Kubokunu qazanıb.

“Mənim üçün bu möhtəşəm klubda səkkiz il keçirmək və karyeranı “Mançester Yunayted” kimi klubda davam etdirmək əsl qürurverici andır. Mən bu kluba gəldiyim gündən təsəvvür də edə bilməzdim ki, burada 350-dən çox oyuna keçirəcəm. İndi mənim taleyim müəyyən olunub və istədiyim odur ki, bu kluba özümüm də inandıqlarıma nail olmağa kömək etməkdir. Biz birlikdə kuboklar qazana bilərik”.

“Komandadakı ən təcrübəli futbolçulardan biri kimi mən gənc oyunçulara kömək və düzgün istiqamət göstərmək istəyirəm, ona görə ki, burada oynamağın nə demək olduğunu başa düşsünlər. Mən hələ də hiss edirəm ki, bu klubda çox şey etməliyəm və həqiqətən də inanıram ki, azarkeşlərimizin verdikləri dəstəyin qarşılığında klubu qələbə ənənələrinə qaytara biləcəyik. Mən hələ də tam qətiyyətliyəm ki, azarkeşlərimizə mənə olan münasibətdə – həm yaşı, həm də pis vaxtında verdikləri dəstəyin qarşılığını verməyə davam etdirməliyəm” – David De Hea müqavilə bağladıqdan sonra deyib.

“Mən şadam ki, De Hea öz uzunmüddətli gələcəyini bizim klubla bağladı. Son illərdə David dünyada və klubun əhəmiyyətli bir üzvü olduğunu göstərə bilib. Biz “Mançester Yunayted”i olmalı olduğu yerə qaytarmağı hədəfləmişik. David möhtəşəm insandır və onun yüksək ustalığı bizim müdafiəmiz üçün ideal təməlini təmin edir”.

“Burada olduğu müddətdən David “Mançester Yunayted”də oynamağın dəyərini başa düşüb və indi onun simasında qapıçıda görmək istədiyiniz hər bir şeyi görə bilərsiz. Bir oyunçu kimi o, hələ də çox şeyə nail olmaq üçün alışıb yanır. Gələcək illərdə bu hədəflərə çatmaq üçün hamımız birlikdə işləməyi səbrsizliklə gözləyirik” – Ole Qunnar Suler bildirib.

De Hea, Sulşer


Mənbə: manutd.com

0 comments