Mata: “Gənclər Avropa Liqasına hazırdılar”

akademiya
Paylaş:

Xuan Mata əmindir ki, əgər Ole Qunnar Sulşer gəncləri Avropa Liqasında “Astana”ya qarşı oyunda meydana buraxsa, onlar özlərini göstərə biləcəklər.

“Mançester Yunayted” qazax klubu ilə bu həftənin dördüncü günü mövsümün ilk Avropa Liqası matçında “Old Trafford”da qarşılaşacaq.

Sulşer işarə vermişdi ki, bu turnirdə Meyson Qrinvud, Eyncel Qomes, Tahit Çonq və Ceyms Qarner kimi gənc ulduzları istifadə edə bilər və Mata əmindir ki, onlar bu sınağa hazırdılar.

“Onlar mənim çox xoşuma gəlirlər. Onların hər biri haqqında çox danışa bilərəm” – Mata deyib.

“Qomes çox istedadlıdır. Hiss olunur ki, əsl futbolçudur – meydanı əla görmə qabiliyyəti, qərar qəbul etmək bacarığı, cəld ayaqlar”.

“Çonq – əsl vingerdir. Təkbətək epizodlarda çox cəlddir, yaxşı sol ayağı və əla zərbəsi var”.

“Ceyms Qarner mənim çox xoşuma gəlir. Özünü idarəetmə, topla oyun zamanı xarekter, yaxşı zərbə, ağıllı qərarlar. O, topa lazım olan qədər toxuna bilər. Yarımmüdafiəçi üçün bu çox vacibdir – təkcə topu saxlamaq yox, həm də tez hərəkət etmək və o, bunu bacarır”.

“Meyson çox yaxşı bombardirdir, hər iki ayağı ilə zərbə vura bilir. Onun solaxay və ya sağ ayağlı olduğunu deyə bilməzsən və bu hücumçu üçün çox yaxşı keyfiyyətdir”.

“Onların hamısı çoxdan bizimlə birlikdə məşq edirlər və yay təlim məşq toplantısında nəzərə çarpacaq qədər artırdılar”.

“Yunayted” mövsümü çox da yaxşı başlamadı, amma şənbə günü “Lester” üzərində qazanılan 1-0 hesablı qələbədən sonra Premyer Liqada dördüncü pilləyə yüksəldi.

“Əgər biz hədəflərimizə çatmaq istəyiriksə, biz birlikdə olmalıyıq – baş məşqçi, oyunçular və azarkeşlər – çünki”Mançester Yunayted” xal itirəndə rəqiblər sevinirlər” – Mata bildirib.

“Bu bizim əsas hədəfimizdir – bir olmaq!”.


Mənbə: ESPN

0 comments