Az-Alkmar – Yunayted: oyun sonrası mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

UEFA Avropa Liqası qrup mərhələsinin 2-ci turunda “AZ Alkmaar” ilə 0-0 hesablı bərabərliklə bitən matçın ardından komandamızın baş məşqçisi Ole Qunnar Sulşer MUTV kanalına müsahibə verib.

OYUN BARƏDƏ

“Onlar bu yaxınlarda “Feyenord”u səfərdə 3-0 məğlub edən komandadırlar. Biz özümüz də dəfələrlə “Feyenord” ilə qarşılaşmışıq. Və bu, yaxşı bir rəqibə qarşı çox bərbad və çətin bir meydanda əldə edilən yaxşı bir xal və performansdır”.

PENALTİ VERİLMƏLİ İDİ

“Mən sadəcə Reşforda qarşı edilən qayda pozuntusuna inana bilmirəm. Eyni ilə “Arsenal”la oyundakı kimi. Onda da top ələ dəymişdi. Hesab 2-0 olmalı idi. Bu cür xırda şeylərə getmək bizim üçün çox məyusedicidir, çünki oyunçularım daha yaxşısına layiqdirlər və buna görə mən onları başa düşürəm. Bir dönüş nöqtəsi olacaq, onlar bu qərarları əldə edəcəklər və sonra onlar layiq olduqları nəticələri qazanacaqlar”.

BRENDON UİLYAMS BARƏDƏ

“Top-klass, yüksək səviyyəli performans. 90 dəqiqəlik debüt üçün sadəcə ona görə şad ola bilərəm. Onun qorxusu yoxdur. Cəsurdur, topla oynamaq istəyir, topa müdaxilələr edir, rəqibləri qarşılayır, fiziki cəhətdən güclüdür. Onun üçün çox məmnunam”.

BİZ QRUPDAN ÇIXMAQ ÜZRƏYİK

“Əgər səfərdə bərabərə qalıb, evdə hər kəsi məğlub eləsən, yaxşı olacaq. Əlbəttə ki, biz Belqrada gedib qələbə ilə qayıtmaq istəyirik”.

LİNQARDIN ZƏDƏSİ BARƏDƏ

“Bəli, düşünürəm ki, onun əzələsi ilə bağlı bir problemi var idi. Çox ciddi zədə aldığını hesab etmirəm. Çox güman ki, “Nyukasl” ilə oyunu buraxmalı olacaq. Lakin “Liverpul” matçına hazır olacağını düşünürəm”.


Mənbə: manutd.com

0 comments