Klub rəsmisi Pol Poqba barədə yayılan şayiələri təkzib edib

Pol Poqba
Paylaş:

Daily Mail yazır ki, “Mançester Yunayted” Pol Poqbanın yeni müqavilə üçün böyük məbləğdə maaş tələb etməsi xəbərlərini təkzib edir.

Bu yaxınlarda fransalı yarımmüdafiəçinin klubla yeni müqavilə imzalamaq üçün həftəsinə 600 min funt-sterlinq tələb etməsi barədə bir sıra media orqanlarında şayiələr yayılmışdı. Sözügedən məsələyə “Vest Hem” klubunun sədri Kerren Breydi də öz həftəlik köşə yazısında yer verib və yazıb ki, əgər xəbərlər həqiqətdirsə, “Mançester Yunayted” onun klubdan ayrılmasına əngəl olmamalıdır.

Məsələyə “Mançester Yunayted” rəsmisi belə münasibət bildirib:

“Polun müqaviləsinin bitməsinə hələ 2 il var və müqavilədə 1 il əlavə artırma bəndi də yer alır. Yəni müqavilə artırılması və ya Poqbanın maaş artımı barədə tələblər irəli sürməsi xəbərləri tamamilə əsassızdır. O, bütün gücü ilə öz oyununa fokuslanıb və bacardığı qədər tez sağalmaq barədə düşünür. Onun həftəlik 600 min maaş tələb etməsi xəbəri yanlışdır və Kerren Breydi kimi bir şəxsin buna münasibət bildirməsi də bizi ayrıca təəccübləndirir”.


Mənbə: Daily Mail

 

0 comments