Sulşer: “”Nyukasl” üzərində qələbə çox vacibdir”

Ole Qunnar Sulşer
Paylaş:

“Mançester Yunayted” bu gün səfərdə Stiv Bryusun “Nyukasl”ı ilə qarşılaşacaq. Komandamızın baş məşqçisi Ole Qunnar Sulşer oyun öncəsi Sky Sports müxbirinə müsahibə verib.

Sulşer deyir ki, uzun müddət sonra səfərdə qələbə qazanmaq çox həyati önəm daşıyır və bu, oyunçuların əhvali-ruhiyyəsini önəmli şəkildə dəyişə bilər:

“Əlbəttə ki, oyunları qazanmayanda xoşbəxt olmursan. Sən ürəyini, həyatını və ruhunu bu işə qoyursan. Qələbə qazanarkən daha xoşbəxt olursan və əhvalın dəyişir, lakin bu sənin performansının da yaxşıya doğru dəyişdiyini ifadə etməz – nəticələr əhvalı dəyişər. Bizim üçün indi “Nyukasl” üzərində qələbə həyati önəm kəsb edir. Bunun komandamızın əhvalını dəyişəcəyini düşünürəm. Uşaqlar milli komandalarının heyətlərinə yola düşəcəklər və beyinlərini təmizləyib geri dönə bilərlər”.

Ole həmçinin azarkeşlər barədə danışaraq onların bu çətin dövrdə daim komandanın arxasında olmasından dolayı onları tərifləyib:

“Azarkeşlərin möhtəşəm olduğunu deməliyəm. Onları görərkən pozitiv olmaq asandır, çünki onlar mənimlə çox pozitiv davranırlar. Onlar sənin nələr etdiklərini görür və dəstəyə davam edirlər. Biz də onların bu sədaqəti və dəstəyinin qarşılığı olaraq daha yaxşı nəticələr və daha yaxşı performans əldə etmək istəyirik. Mən bunun üçün çox çalışdığımız barədə onları əmin edə bilərəm”.

Komandada zədəlilərin artması barədə danışan Sulşer bildirib ki, zədələnmələrin səbəbi heyətin həddən artıq çalışdırılması deyil:

“Müasir futbolda hazır vəziyyətdə olmalısan və biz onları elə də çox çalışdırmırıq, xeyr. Çalışmalar çox yaxşı şəkildə gedir. Mən öz heyətimə, idman biliklərinə, fizioterapevtlərə və məşqçilərə güvənirəm. Onlar öz işlərində əladırlar, hər şey qaydasındadır. Əgər siz pərdə arxasında olanları görsəniz, bir gün mənim butslarımda olsanız, deyərsiniz ki, burada düzgün yolda gedən bir şeylər var, bəli. Təbii ki, zədələrin olması məyusedicidir, amma futbolçu olmağın olmazsa, olmazlarından biri də budur”.

Romelu Lukakunun gedişi və onun əvəzinə hücumçu alınmaması barədə danışarkən baş məşqçimiz bunları deyib:

“Hücumçu çatışmazlığının olduğunu deyə bilərəm, ancaq mən bu qərarı vermişəm və buna görə çox şadam. Sənin böyük potensialda oyunçuların ola bilər, lakin Romelunun düşüncəsi bizimlə qalmaq və irəli getmək deyildi. Başqa komandanın oyunçuları barədə çox danışmaq istəmirəm. Mənim Lukakuya çox böyük hörmətim var, amma onun buradakı vaxtı başa çatmışdı.

“Etdiyimiz işlərə görə çox xoşbəxtik. Sadəcə transfer pəncərəsinin sonlarınadək düzgün birini tapa bilmədik. Düzgün olacağına əmin olmadığın birinə pul xərcləməkdənsə, gülləni yan keçirmək və gözləməyi üstün tutarsan”.


Mənbə: Sky Sports


0 comments