Sulşer “Nyukasl” ilə oyundan sonra

Ole Qunnar Sulşer
Paylaş:

“Nyukasl” ilə səfər oyunundan alınan məğlubiyyətdən sonra Ole Qunnar Sulşer komandasının oyunundakı problemləri, yığmalar üçün ayrılan fasilədən və zədəlilər haqqında danışıb.

BİZ QOL EPİZODLARI YARATMADIQ

“Əlbəttə, biz üzgünük. Bizdə bir neçə vacib oyunçu çatışmırdı, amma bu bəhanə ola bilməz. Oyunçular çox çalışdılar, bacardıqlarını etdilər, amma hazırda biz turnir cədvəlində vərdiş etmədiyimiz yerdə qərarlaşmışıq. Bəzi uşaqlarda özünə inam çatışmırdı və biz bir kifayət qədər qol epizodu yarada bilmədik ki, bu oyunu qazana bilək”.

BİZƏ LAZIMDIR Kİ, HÜCUM OYUNÇULARI ZƏDƏDƏN QAYITSINLAR

“Fürsətlərin olmaması olduğumuz yerin göstəricisidir. Biz çox çalışırıq, komanda ilə birlikdə çalışırıq, amma qol epizodları yarada bilmirik. Əlbəttə deyə bilərik ki, bizim çox zədəli futbolçularımız var və onların arasında hücuma meyilli futbolçular da var. Biz ümid edirik ki, onlar qayıdacaqlar və bütün silahlardan atəş açacaqlar”.

PROBLEMİN HƏLL YOLU

“(Onlar haradadır?). Bu sual milyon dollar dəyərindədir, elə deyilmi? Xoşbəxtlikdənbizim üçün yığmaların fasiləsi olacaq. Bizim vaxtımız var ki, ilk səkkiz oyunda nələrin baş verdiyini qiymətləndirə bilək. Oyunlardan çoxu bənzər idi. Əlbəttə, biz bütün bunları təhlil etmişik, amma indi ciddi söhbət etməyin və daha dərin təhlilin vaxtı gəlib çatıb. Ümid edirəm ki, növbəti oyuna qədər bir neçə oyunçumuz qayıdacaq. Bu mənim məsuliyyətimdədir. Mən mütləq onların beynindən nələrin keçdiyini araşdırmalıyam, bu vacibdir, çünki gənc oyunçularda özünə inam hissi azdır, onlara təcrübəli oyunların və biz məşqçilərin heyətinin köməyi lazımdır. Onlar insandırlar və bir insan kimi uğur qazanmaq istəyirlər. Onlar çox çalışmaların əvəzində uğurlarını görmək istəyirlər, biz isə bu uğurları qazana bilmirik və  əlbəttə bu oyunçulara təsir edir. Biz bütün gücümüzlə buna cavab tapmağa çalışacayıq”.

OYUNÇULARIN İŞLƏRİNƏ YANAŞMASI

“Biz heç vaxt qələbə qazana bilməyəndə şad olmuruq, biz çox çətin dövr keçiririk, amma vəziyyət keçən ilkinə oxşamır, hansı ki, həmin vaxt onların işə yanaşmasına görə məyus idim. İndi işlərinə olan yanaşma çox yüksəkdir”.

BİZ KEYFİYYƏTLİ OYUNU QAYTARACAYIQ

“Oyunçular çox çalışırlar. Meydanda olan uşaqlar əllərindən gələni edirlər. Amma bu gün meydanda “Çelsi” ilə ilk oyundan cəmi 6 oyunçu start heyətində idi, ona görə də belə şeylər oyunçuya, komandaya təsir edir. Bu nəticələrə də təsir edir. İlk hissədə çox diqqətsiz idik, çox elementar səhvlərə yol verdik, çox qeyri-dəqiq ötürmələr etdik, mübarizəyə gec qoşulurduq. İkinci hissədə oyuna nəzarət etməyə başladıq, amma qol fürsətləri yarada bilmədik. Oyunumuz çox dəyişmədi. Amma biz çox çalışırıq və keyfiyyətli oyunu geri qaytaracayıq”.

BİZİ ƏKS-HÜCUMDA TUTDULAR

“Biz müdafiədə yaxşı oynayırıq və çox qol buraxmırıq, amma bu gün buraxdığımız qol çox pis top idi. Biz səfər oyununda öz standar vəziyyətimizdən əks-hücumda tutulduq. Biz buna yol verməli deyildik. Biz yadımda qaldığı qədər “Vulverhempton”  ilə oyundan dərs götürməli idik. Belə səhvlərdən keçən il “Everton”  ilə oyunda da olmuşdu və belə olmalı deyil. Amma onlar çalışırlar ki, qol vursunlar, çalışırlar ki, qələbə qazansınlar, çünki bu bizim hamımızın çalışdığı hədəfdir – oyunları qazanmaq”.

NÖVBƏTİ SINAQ

“Liverpul” – bizim üçün əla oyundur. Yığmalar üçün fasilə isə ideal vaxtda oldu, çünki futbolçularıma bir az beyinlərini təmizləmək lazımdır. Sabahkı oyun buna kömək etməyəcək. Onlar yığmların heyətinə yollanırlar, öz həmyerliləri ilə milli yığmalarının heyətində çıxış edəcəklər. Biz onlarla yaxşı çalışdıq. Hazırlıqların ilk günündən və hələ də eyni prinsiplərə əsaslanırıq. Bu gün biz nəticə əldə edə bilmədik, amma biz çalışmağa davam edəcəyik”.

BİZ NƏ İSTƏDİYİMİZİ BİLİRİK

“Biz nə istədiyimizi bilirik, amma bunun üçün çox uzun vaxt lazım olacaq, çünki inkişaf bir səyahətdir, hansı ki, biz hələ indi başlamışıq və zamanla ona doğru gedirik. Mənə hər zaman əməksevər futbolçularla çalışmaq çox xoşdur. Mən sizə dəqiq vaxt deyə bilmərəm, amma biz ora qayıdacayıq. Biz qarşımıza ilk dördlüyə düşmək kimi çox çətin və asan olmayan hədəf qoymuşuq, bu mövsüm ilk altılığa düşmək demədən, amma biz bu çətin dönəmi düzgün oyunçularla inamlı şəkildə keçəcəyik. Klubda biz hamımız toplaşdıq və hərəkət etdiyimiz yolu müzakirə etdik. Əgər siz evdən yalnız günəşli günlərdə çıxacaqsınızsa, onda lazım olan yerə çata bilməyəcəksiz. Ona görə də bizdə enişlər və yüksəlişlər də olacaq. Bu mövsüm biz artıq üç dəfə məğlub olmuşuq. Bu bizi üzür, amma çalışmağa davam edəcəyik və öz prinsiplərimizə sadiq qalacayıq. Biz hara düşmək istədiyimizi bilirik”.


Mənbə: manutd.com

0 comments