Qrinvud zədə səbəbi ilə kluba qayıdıb

Meyson Qrinvud
Paylaş:

Klubun rəsmi saytı xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud məcburiyyətdən İngiltərənin 21 yaşlılardan ibarət yığmasının heyətini tərk etməli olub.

Keçən ay Türkiyə ilə oyunda yığmanın bu yaş səviyyəsindəki komandasında debüt edən 18 yaşlı futbolçu millinin qarşıdakı Sloveniya və Avstriya ilə qarşılaşmalarında iştirak etmək üçün komandaya dəvət olunmuşdu.

O, bazar günki qarşılaşmada “Yunayted”in heyətində sonradan meydana çıxmışdı, amma komandasını 1-0 məğlubiyyətdən xilas edə bilməmişdi. Dünən isə Edi Butroydomun başçılığı etdiyi milli komandanın heyətini belindəki ağrılara görə tərk etməli olmuşdu.


Mənbə: manutd.com

0 comments