“Yunayted”in futbolçuları yığmalarının heyətində

uefa
Paylaş:

“Mançester Yunayted”in səkkiz futbolçusu öz milli komandalarının heyətinə kvalifikasiya və yoldaşlıq görüşlərində iştirak etmək üçün çağrılıb.

Argentina

Serxio Romero bu dəfə dəvət almayıb, ona görə də Markos Roho Argentina yığmasında yeganə “Yunayted”li futbolçu olacaq. Roho ümid edir ki, Dortmundda baş tutacaq Almaniya ilə və İspaniyanın Elçe şəhərində keçiriləcək Ekvadorla yoldaşlıq görüşlərində oyun praktikası əldə edəcək.

İngiltərə

Harri MaquayrMarkus Reşford İngiltərə millisinə Avro-2020 turnirinin kvalifikasiya mərhələsində yüz faizlik nəticə qazanması üçün kömək etməyə çalışacaqlar. Cümə günün Qaret Sautqeytin komandası Çexiyaya yola düşəcək, üç g ündə sonra isə Bolqarstanda oynayacaq.

Hollandiya

Tahit Çonq Hollandiyanın 21 yaşlılardan ibarət yığmasına dəvət alıb və Portuqaliya ilə Norveç yığmalarına qarşı kvalifikasiya oyunlarına hazırlaşır. Çonq gənclər yığmasından yeganə futbolçudur ki, İngiltərədə çıxış edir.

Şotlandiya

Skott MakTominey ümid edir ki, yığması ilə birlikdə millilərin keçən beynəlxalq fasiləsində məğlub olduğu Rusiya komandasından qisasını ala biləcəklər, həmin vaxt şotlandlar Belçikaya da məğlub olmuşdular. Stiv Klarkın komandası “Lujniki”də rusları məğlub etməyə çalışacaqlar, belə ki, məğlubiyyət olarsa, qrupda ilk iki yerdən biirni tutmaq şansından məhrum olacaqlar. Bu oyundan sonra Şotlandiya öz evində San-Marino millisini qəbul edəcək.

İspaniya

David De Hea Roberto Morenodan Svandinaviyanın iki təmsilçisinə qarşı oyunlarda iştirak etmək üçün yığmaya cəlb edib. Şənbə günü ispanlar Norveçlə qarşılaşacaq, ardınca isə qısa bir səfərə çıxaraq ki, İsveçlə oynasınlar. Nəzərə alsaq ki, ispanlar qrupundakı bütün altı  oyunun hamısında qələbə qazanıb, Roberto Moreno eksperimental heyət yığıb, belə ki, “Barselona”dan cəmi bir futbolçu çağrılıb – Serxio Buskets.

İsveç

Baxmayaraq ki, Viktor Lindelöf “Yunayted”də son oyunda iştirak etməyib, o, Malta və İspaniya ilə qarşılaşmaq üçün millisinin heyətinə yola düşüb. İsveç millisi qrupunda 11 xalla ikinci pillədə qərarlaşıb, amma Ruminya və Norveç ondan cəmi ardıcıl olaraq bir və iki xal gerisindədirlər.

Uels

Daniel Ceyms Xorvatiya və Slovakiya oyunları üçün Rayan Giqz tərəfindən yığmaya çağrılıb. E qrupunda “əjdahalar” altı xalla dördüncü pillədə qərarlaşıb, lakin onlar bir oyun az keçirdiblər və itirilmiş xallara görə lider Xorvatiyadan cəmi bir xal geridədirlər. Slovakiya və Macarstanın isə 9 xalı var.


Mənbə:manutd.com

0 comments