Henderson İngiltərənin əsas yığmasına dəvət edilib

Din Henderson
Paylaş:

“Mançester Yunayted”in icarə əsasında “Şeffild Yunayted”də çıxış edən qapıçısı Din Henderson ilk dəfə olaraq İngiltərə millisinin əsas komandasına dəvət olunub.

22 yaşlı qapıçı yığmanın heyətində “Mançester Yunayted”in daha bir yetirməsi Tom Hitonu əvəzləyəcək, hansı ki, “Aston Villa”nın son oyununda zədələnmişdi. Digər iki qapıçı isə Cordan Pikford və Nik Poupdur.

Henderson bu ana qədər İngiltərənin 21 yaşlılarına qədər yığmasında 11 dəfə çıxış etmişdi və heç vaxt əsas milliyə cəlb olunmamışdı.

“Arzularımın həyata keçdiyi gün… Mənim İngiltərə millisinə ilk dəvətim – xəyallar gerçəkləşdi” – Hendeson öz tvitter hesabında yazıb.


 

0 comments