Telegraph: “Sulşerə vaxt və pul veriləcək”

Ole Qunnar Sulşer
Paylaş:

The Telegraph yazır ki, “Mançester Yunayted” rəhbərliyi Ole Qunnar Sulşeri vəzifəsindən göndərməyəcək və komandada yenidənqurma işləri üçün üç il vaxt verəcək.

Mənbənin məlumatına görə klub növbəti iki yay transfer pəncərəsində minimum dörd futbolçunu heyətinə qalacaq. Bu mövsüm isə klub qışda yenə transferlər etməyə belə hazırdır – transfer siyahısı artıq hazırdır.

“Olenin yaxın üç il üçün komandaya planları var. Yaxın illərdə komanda inkişaf edəcək, hazırda isə biz ilkin mərhələdəyik” – deyə The Telegraph nəşrinə klubun yüksək rütbəli işçilərindən biri bildirib, hansı ki, adı gizlin saxlanılır.

“Biz səbrli halda Oleyə dəstək verəcəyik. İndi biz yay transfer pəncərəsinin hazırlıq mərhələsindən keçirik və komandnaı daha üç-dörd futbolçu ilə gücləndirəcəyik, növbəti ildə isə daha üç-dörd futbolçu alınacaq”.

Əlavə olaraq bildirilir ki, klub texniki direktor vəzifəsi üzərində də işləyir. İddia olunur ki, bu vəzifəyə birdən-birə iki nəfər təyin oluna bilər və çox güman ki, onlardan biri klubun keçmiş futbolçularından biri olacaq.


Mənbə: The Telegraph

0 comments