Sky: “Yunayted”in zədəli futbolçuları heyətə qayıdırlar

Pol Poqba
Paylaş:

Sky Sports xəbər verir ki, Antoni Marsial zədəsini sağaltmaq üzrədir və həftəsonu “Old Trafford”da baş tutacaq “Mançester Yunayted” – “Liverpul” matçında iştirak edə bilər.

Fransalı hücumçunun bu həftə məşqlərə qayıdacağı gözlənilir və bazar günü “Liverpul” ilə oyunun hansısa hissəsində meydana çıxa bilər. Marsial avqust ayından bəri zədə səbəbindən komandaya kömək edə bilmir.

Marsialla bərabər, Pol Poqba, Aron Van-Bissaka, Viktor Lindelöf və Lyuk Şounun da “Şimal-qərb derbisi”nə hazır olduqları bildirilir. Bundan əlavə, Cessi Linqard və Meyson Qrinvud da matçda iştirak edə biləcəklərin siyahısına qoşula bilərlər.

Qeyd edək ki, Lyuk Şou avqust ayında “Kristal Pelas” ilə oyunda əzələsini zədələmişdi. Pol Poqba ayağından zədəli olmasına baxmayaraq “Roçdeyl” və “Arsenal”la oyunlarda iştirak etmişdi və hazırda Dubayda bərpa prosesi keçir. Viktor Lindelöf isə “Nyukasl”la oyunda iştirak etməmişdi, lakin milli komandaya cəlb olunub və komandasının Malta ilə matçında iştirak etməyib. Ötən ay “Arsenal”la oyunu boğaz ağrısı səbəbi ilə buraxan Van-Bissaka da o vaxtdan bəri meydana çıxmayıb.


Mənbə: Sky Sports

0 comments