Paratiçi: “Biz Mandzukiçi buraxmağa hazırıq”

Mario Mandzukiç
Paylaş:

“Yuventus”un idman direktoru Fabio Paratiçi Mario Mandzukiçlə bağlı vəziyyətə aydınlıq gətirib, hansı ki, yanvar transfer pəncərəsində “Old Trafford”a gələcəyi bildirilir.

Şayiələrə görə “Yunayted” 33 yaşlı xorvat futbolçuya illik məvacibi 4,4 milyon funt olan bir il yarımlıq müqavilə təklif edəcək və Paratiçi deyir ki, oyunçu ilə onun yanvarda mümkün gedişi ilə bağlı məsələni müzakirə edəcək.

“Biz sakit bir vaxt seçdik ki, Mario gedə bilsin, amma bu yay Qatara keçib baş tutmadı, ona görə də bizimlə qaldı. İndi onunla danışacayıq və gözləyək yanvarda nələr olacaq” – Fabio müsahibəsində bildirib.

Sky İtaliya kanalına müsahibəsində ilə Paratiçi belə deyib: “Mario və biz vəziyyəti dəyərləndiririk. Biz tam olaraq sakitliyimizi qoruyub saxlamalıyıq. Mandzukiç əla oyunçudur”.

“Son illərdə bizim hücum xəttimizə güc qatdı və biz ona buna görə təşəkkür etməliyik. Əgər o, hesab eləsə ki, onun üçün ən yaxşısı getməkdir, biz onun bu xahişini nəzərə alacayıq və ya istəsə, başqa variantları da nəzərdən keçirə bilər”.

Qeyd edək ki, Mandzukiç “Yuventusun heyətində 162 oyuna 44 qol vurmağı bacarıb.


Mənbə: The Mirror

0 comments