Sulşer: “De Hea və Poqba derbidə iştirak etməyəcəklər”

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer bildirdi ki, bazar günü “Old Trafford”da baş tutacaq İngiltərə Şimal-qərb derbisini Pol Poqba və David De Hea zədə səbəbi ilə buraxmalı olacaqlar.

“Sky Sports” müxbirinə verdiyi müsahibədə komandamızın baş məşqçisi bunları deyib:

“David müayinə olunmalıdır. “Liverpul” ilə oyunda iştirak etməyəcəyini düşünürəm. Yəni dünən gecəki oyundan sonra onun vəziyyətini bu cür dəyərləndirmək olar”.

“Poqbanın da bir zədəsi var idi, zədədən qayıtdı və həqiqətən də, çox çalışdı. Qayıtdı və bir neçə oyunda iştirak etdi, bəlkə də ağrılarının üzərinə oynadı. “Arsenal” matçından sonra o müayinə olunmuşdu və yaxşılaşması üçün bir neçə həftəlik istirahətə ehtiyacı var idi. Ümid edirəm onun sağalması çox çəkməz, lakin o bu matça çıxa bilməyəcək, xeyr”.

Komandanın digər zədəliləri barədə danışarkən isə Sulşer bunları qeyd edib:

“Mən sizə kiminsə bu oyunda 100 faiz iştirak edəcəyini deyə bilmərəm, çünki nələrsə ola bilər. Amma Aron Van-Bissaka və Antoni Marsialın bu həftə məşqləri tamamlayacaqlarına və seçilmək üçün hazır olacaqlarına ümid edirəm. Matçın bir hissəsi və ya 30 dəqiqə, bilmirəm, görək onların vəziyyəti nə yerdədir”.


Mənbə: Sky Sports


0 comments