Rəsmi: Brendon Uilliyams yeni müqavilə imzalayıb

Brendon Uilliyams
Paylaş:

“Mançester Yunayted” Akademiyasının yetirmələrindən olan Brendon Uilliyams klubla yeni 3+1 illik müqavilə imzalayıb.

19 yaşlı müdafiəçi 7 yaşından bəri “Yunayted”dədir və ötən ay “Roçdeyl” ilə oyunda debüt etmişdi. O, bu mövsüm komandamızın əsas heyətində meydana çıxan 12 Akademiya yetirməsindən biridir.

Brendon Uilliyams sentyabr ayında Premyer Liqa 2-də “Ayın oyunçusu” mükafatına namizəd idi. İngiltərənin 20 yaşadək oyunçulardan ibarət komandasında isə Hollandiya ilə oyunda debüt etdi. O həmçinin, Avroliqada “AZ Alkmar” ilə oyunda 90 dəqiqə meydanda olmaqla Avropa debütünü də reallaşdırdı.

Uşaqlıqdan “Mançester Yunayted” azarkeşi olan Brendon qarşıdakı illərdə daha da təkmilləşib komandanın ən yaxşılarından olmağı hədəfləyir.


Mənbə: Manutd.com

0 comments