Rəsmi: Meyson Qrinvud yeni müqavilə imzalayıb

Meyson Qrinvud
Paylaş:

“Mançester Yunayted” Akademiyasının daha bir yetirməsi Meyson Qrinvud klubla yeni 4+1 illik müqavilə imzalayıb.

Yeni müqavilə ilə Qrinvud 2023-cü ilin yayına qədər “Yunayted”ə məxsusdur və onun müqaviləsində əlavə 1 il artırma bəndi də yer alır.

O, 8 yaşından bəri “Mançester Yunayted” Akademiyasındadır və ötən mövsüm “Kardiff” ilə oyunda debüt edərək komandamızın Premyer Liqada çıxış edən ən gənc futbolçusu olmuşdu.

Yeni müqavilə imzaladıqdan sonra Qrinvud deyib:

“Mançester Yunayted” azarkeşi kimi böyüyən biri üçün əsas heyətdə oynamaq xəyalların gerçəkləşməsidir. Bilirəm ki, bu klubda oynayarkən Akademiyamızı təmsil edirəm və mən meydanda göstərəcəyim performanslarla məşqçilərin mənə olan etimadlarını doğrultmaq istəyirəm. Mən hər zaman baş məşqçidən və onun məşqçilər korpusundan nələrsə öyrənirəm və mən öz potensialıma çatmaq üçün bu klubun mənim üçün mükəmməl olduğunu bilirəm”.

Baş məşqçi Ole Qunnar Sulşer də yeni müqavilə barədə fikirlərini bölüşüb:

“Meyson bizim möhtəşəm Akademiyadan əsas heyətə gəlib və onun bu cür inkişafından dolayı çox şadıq. Bu yaşında artıq mükəmməl sürətə, düşüncəyə və təbii bitiriciliyə sahibdir. Əsas komandaya gəldiyindən bəri o öz çalışmaları və hərəkətləri ilə hər kəsin diqqətini çəkib. Yüksək səviyyəli oyunçu olmaq üçün onda bütün atributlar var. Meyson bütün günü məşqlərdə öyrənir və bu iş etikası ilə şübhəsiz ki, onu qarşıda çox gözəl bir gələcək gözləyir”.


Mənbə: manutd.com

0 comments