Sulşer “Liverpul” ilə oyundan sonra

Ole Qunner Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Liverpul” ilə oyundan sonra qarşılaşma haqqında öz fikirlərini jurnalistlərlə bölüşüb.

BİZ BU GÜN MÖHTƏŞƏM İDİK

“Birincisi, bu gün uşaqlar fantastik idi, aqressiv oynayırdılar, pressinq edirdilər. İkincisi, azarkeşlər də öz dəstəyi ilə bu oyuna əlavə enerji verirdilər. Üçüncüsü, hakim işinin öhdəsindən yaxşı gəldi. O, icazə verdi ki, oyun əsl futbol qarşılaşmasına çevrilsin. O, oyunu tez-tez saxlayan referilər kimi olmadı. Biz tez-tez hakimləri tərifləmirik, amma fikirləşirəm ki, bu gün o (Martin Atkinson) işinin öhdəsindən yaxşı gəldi”

ÜÇLÜ MÜDAFİƏ DÜZÜLÜŞÜ HAQQINDA

“Biz üçlü müdafiə xəttindən ona görə istifadə etdik ki, Aron və Eş hücuma daha çox yaxın olsunlar. Hücumdakı üçlü ilə – Den, Markus və Pereyra – bizim çox enerjimiz var idi, amma əgər biz çox qol anları yaratmaq istəyiriksə, onda bizə hücum xəttinə daha çox oyunçunun gəlməsi lazımdır. Daha çox hücuma getmək lazımdır, daha çox keçidlər olmalıdır – bu planda qol fantastik idi”.

REŞFORD HAQQINDA

“Təkcə qol epizodundakı hərəkətliliyi yox, bütün oyun boyu mənə elə gəldi ki, o, bizim heyətdə ən yaxşı oyunlarından birini keçirtdi.  Məncə, öz gücünü göstərə bildi. Siz bunu Van Deyk ilə təkbətək mübarizəsində şahidlik elədiz. O, güclüdür. Amma vurulan qol – bu bizim görmək istədiyimizdir”.

OYUNÇULAR BİR AZ RUHDAN DÜŞDÜLƏR

“Biz ikinci hissədə daha çox müdafiə olunduq, amma cinahdan edilən ötürmədən sonra qol buraxdıq ki, bu da bizi çox üzür, xüsusən də, həmin anda. Fikirləşirəm ki, həmin müddətdə biz bir neçə yaxşı ək-hücum yaratdıq, amma təəssüf ki, ikinci qolu vurmaq mükün olmadı.

Biz bilirik ki, işinə düzgün münasibət göstərən komandamız var. Bu amil mövsümü uşaqlar üçün dəyişəcək, çünki bu gün onlar üzgün idilər. Onlar hesab edirlər ki, bu gün qalib olmalı idilər. Bu məşqçi üçün yaxşı əlamətdi ki, futbolçularda “Liverpul”la oyundan sonra bərabərlik əldə etdiklərindən dolayı onları üzgün görür. Bizim azarkeşlər bir daha bizim nəyi hədəflədiyimizi gördülər və biz hədəfimizə çatacayıq.

VACİB ADDIM

“Əlbəttə hər zaman nəticə əldə etməlisən, çünki yalnız bu halda oyunçularda, komandada və gördüyümüz hər işdə özünə inam hissi yaranır. Qələbə yaxşı nəticə olardı, amma bərabərlik bizim doğru yolda olduğumuzu göstərir. İki həftə əvvəl “Nyukasl” ilə oyunda biz mövsümün ən zəif nöqtəsinə düşmüşdük. Amma buna reaksiya fantastik idi. Zədəli və xəstələnən futbolçularımız sıraya qayıdır və biz digərlərinin də qayıtması ilə daha da güclü olacayıq. Ona görə də mən şadam”.


Mənbə: manutd.com

0 comments