Poqba: “Sarğını 10 gündən sonra açacam”

Pol Poqba
Paylaş:

Pol Poqba zədəsinin bərpası haqqında danışıb və xəbər verib ki, meydana yalnız ayın sonunda qayıda biləcək.

Fransız yarımmüdafiəçisi sentyabrdakı “Arsenal” ilə matçdan sonra oynamayıb və topuğundakı zədəyə görə komandasının son yeddi oyununda iştirak etməyib.

Pol Poqba bildirib ki, hələ də sağ ayağındakı topuğunda sarğı gəzdirir və onu 10 gündən sonra çıxarda biləcək. Ardınca isə iki həftəlik bərpa prosesindən keçməlidir və yalnız bundan sonra komanda yoldaşlarına qatıla biləcək.

Həmçinin bildirib ki, “Bornmut” ilə oyununda “Yunayted”ə kömək edə bilməməsi səbəbilə çox məyusdur: “Mən çox məyusam! Komandanın uduzmağını görmək və kömək etmək imkanın olmaya – bu bir oyunçu üçün düşünə biləcəyiniz ən pis şeydir. Mən tezliklə qayıtmağını çox istəyirəm ki, komandaya kömək edə bilim, amma hal-hazırda ən vacib olan zədəni tam sağaltmaqdır”.


Mənbə: Sky Sports

0 comments