ESPN: “Yunayted” hücumameyilli yarımmüdafiəçi almaq istəyir”

Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Mançester Yunayted”in həm yarımmüdafiəsini, həm də hücumun sağ cinahını gücləndirə biləcək bir futbolçunu transfer etmək istəyir.

Premyer Liqada 11 oyuna yalnız 3 qələbə qazanan “Yunayted” bazar günü “Brayton” ilə matça ilk dördlükdən 10 xallıq fərq geridə olmaqla çıxacaq.

Buna baxmayaraq, Ole klubun vitse-prezidenti Ed Vudvorddan tam dəstək alıb, belə ki, onu yaxın günlərdə heç bir istefa gözləmir və norveçli də komandanın davamlı olaraq inkişafı üçün planlayır.

ESPN kanalının jurnalistləri xəbər verir ki, qışda “Yunayted sadəcə bir futbolçu transfer edəcəklər və Sulşer üçün əsas transfer hədəfi komandanın hücum xəttinin sağ cinah mövqeyidir.

Yayda “Yunayted” komandnaın çoxdan həll etmək istədiyi sağ cinah müdafiəçisi problemini “Kristal Pelas”dan Aron van-Bissakanı transfer etməklə həll etdi və Sulşer 21 yaşlı ingilis futbolçunun komandaya tez uyğunlaşmasından heyrətlənmişdi.

Amma Sulşer və onun məşqçi heyəti hesab edir ki, komandaya sağ cinah hücumçusu da lazımdır ki, Van-Bissakanın müdafiə keyfiyyətlərini tamamlaya bilsin və komandanın hücum xəttinə kreativlik gətirsin.

Markus Reşford, Antoni Marsial və daniel Ceyms sağ cinahda da oynaya bilirlər, amma daha çox effekti sol cinahda verirlər və bu da Sulşerə heyət seçimində imkanlarını məhdudlaşdırır.

“Yunayted” çoxdan “Dortmund”un vingeri Ceydon Sanço ilə maraqlanır, lakin Sulşer elə futbolçu istəyir ki, həm yarımmüdafiəni, həm də hücumun sağ cinahını gücləndirə biləcək biri transfer olunsun.


Mənbə: ESPN

0 comments