“Yunayted” – “Partizan”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer Avropa Liqasında “Partizan”a qarşı keçirəcəkləri cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

“Viktor Lindelöf sabah oynaya bilməyəcək. O, “Çelsi” ilə oyunda ayağından zərbə almışdı və “Bornmut” ilə matç oyunun üçün problemsiz keçmədi, ona görə də sabah olmayacaq. Pol Poqba nə vaxt qayıdacağı haqqında özü danışıb. Tezliklə onun sarğısını açacaqlar. Yığmalar üçün ayrılacaq fasilədə yaxşı çalışacaq və ümid edirəm ki, həmin fasilədən sonra meydana qayıdacaq. Digər oyunçular haqqında əlavə nəsə deyə bilmərəm, ümid edək ki, fasilədən sonra bir neçə zədəli futbolçu da komandaya qoşulacaq”.

“BORNMUT”A MƏĞLUBİYYƏT HAQQINDA

“Biz oyunun əvvəlində layiq olduğumuz qolu vura bilmədik. Biz yaxşı başladıq, əhvalımız qaydasında idi. Biz üzgünük, amma çalışmağa davam edirik”.

“PARTİZAN” İLƏ OYUN HAQQINDA

“Əgər sabah pley-off mərhələsinə vəsiqə qazana bilsək, onda son iki oyunda yeni nəsə yoxlaya bilərik”.

“YUNAYTED”İN KEÇİD DÖVRÜ HAQQINDA

“Futbolda qısa yol olmur. Bu ağır işdir, biz bir olmalıyıq, komanda ruhu olmalıdır. Bizim günlük məşqlərimiz məşqçi kimi məni çox sevindirir. Oyunçular yaxşı oynamaq istəyirlər, amma bəzi səbəblərə görə biz nəticə əldə edə bilmirik. Biz hiss edirik ki, daha çox qələbəmiz ola bilərdi, amma biz çalışırıq və düz istiqamətdəyik. Əlbəttə şənbə günki matç bizi üzdü, amma fasiləyə qədər iki matç qazana bilərik”.

ÇEMPİONLAR LİQASI ÜÇÜN MÜMKÜN OLAN YOL

“Yol bir olacaq. İki yoldan biri. İndi Noyabrdır və noyabr ayında turnir cədvəli haqqında indidən danışmaq çox tezdir. Mən inanmıram ki, kimsə mövsümün sonunu necə bitəcəyini indidən deyə bilsin”.

“OLD TRAFFORD”U NECƏ ALINMAZ QALAYA ÇEVİRMƏK OLAR?

“Sabah başlamaq lazımdır. Ümid edirəm ki, “Partizan” bu oyunu xüsusi bir sevinc hissi olmadan xatırlayacaq. Mən çox ev  oyunlarımızda iştirak etmişəm və biz bu oyunlarda dominantlıq edirdik. İndisə biz birinci qolu vururuq və sonra geriyə düşürük”.

QIŞ TRANSFERLƏRİ HAQQINDA

“İndi bizə növbəti mərhələyə addımlamaq və oyunçuların hamısının qaydasında olması lazımdır.Biz uzunmüddətli perspektiv vəd edən transferlər axtarırıq. Ola bilsin ki, qışda bu olmasın, ola bilsin ki, biri ya ikisi oldu. Əsas iş yayda olur, qışda bunu etmək çox çətindir”.


Mənbə: Manchester Evening News

0 comments