Sulşer MakTominey və Maquayerin zədəsi haqqında

Skott MakTominey
Paylaş:

Ole Qunnar Sulşer Skott MakTomineyin, hansı ki, zədə səbəbi ilə əvəzləndi və Harri Maquayerin, hansı ki, “Partizan”la oyunun sonlarında özünü narahat hiss edirdi, vəziyyətləri haqqında danışıb.

“Məncə, Harri qaydasında olacaq. Hər halda matçı sona qədər oynadı” – Ole kluba məxsus MUTV kanalına müsahibəsində bildirib.

“Skott daha çox narahatçılıq yaradır. Baxaq görək bir neçə günə necə bərpa olunacaq. Meydanı tərk edəndə belə dedi: “Mən qaydasında olacam”. İndi ona çətin olacaq, amma özünə gəlməyə çatdırmalıdır”.

“Mən ümid edirəm ki, bazar gününə qədər bərpa olunacaq, amma heç nə söz verə bilmərəm. Problem onun topuğundadır, məncə, burxulub”.


Mənbə: manutd.com

0 comments