Sulşer “Brayton” ilə oyundan sonra

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Brayton” ilə oyunda qazanılan qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

PARLAQ OYUN HAQQINDA

“Çox əla və əyləncəli matç oldu. Məncə, belə oyundan sonra klubun gənc azarkeşləri evə qayıdarkən belə deyəcəklər: “Mən hücumda uçan bu uşaqlar kimi olmaq istəyirəm! Bren Uilyams, Den Jeyms, Markus Reşford kimi olmaq istəyirəm!”. Biz bu mövsüm bu cür oyunu tez-tez göstərə bilməmişik, amma bu gün bizdə hər şey alınırdı”.

UİLYAMSIN OYUNU HAQQINDA

“Brenden əla oynadı! O qol vura bilərdi, məhsuldar ötürmə edə bilərdi və müdafiədə də çox yaxşı çıxış etdi. Bu oğlana görə çox şadam, onun üçün əla bir ay keçdi”.

HÜCUMÇULARIN QARŞILIQLI ANLAŞMASI HAQQINDA

“Vurduğumuz qolların haqqında danışmaq olar, amma mən hücum xəttinin oyununu yaddan çıxara bilmərəm. Antoni mərkəzdən topu qazanırdı və Markusa, Denə, Pereyraya boş zona açırdı. Məncə, Antoni bu gün çox möhtəşəm idi!”.

REŞFORD QAÇIRTDIĞI EPİZODLARA GÖRƏ TƏƏSSÜFLƏNİR

“Əgər insan üzgündürsə, amma bir tərəfdən də üzü gülürsə, deməli onun üçün əla bir gün keçib. O, öz oyunundan həzz alırdı və ona görə təəssüflənir ki, hesabına daha çox qol və məhsuldar ötürmə yaza bilmədi. Mən bizim hücumçulara qarşı oynayan müdafiəçilərin yerində olmaq istəməzdim, çünki hücumçular çox hərəkətli idi”.

DANİEL CEYMS ÜÇÜN DOĞUM GÜNÜ HƏDİYYƏSİ

“O, komandaya həm meydanda, həm onun kənarında və həm də məşqlərdə çox böyük təsir edir. Onun işinə münasibəti, özü-özünə olan münasibəti, onun ciddiliyi, meydandakı işi – alqışa layiqdir. Komandaya güclü təkan verir və ümid edirəm ki, bunu etməyə davam edəcək. Məncə, bu cür doğum günündən çox razıdır”.

MAKTOMİNEYİN ZƏDƏSİ HAQQINDA

“Topuğu burxulub və bu çox ağrıverici idi. Əlbəttə, mən həkim deyiləm, amma kənardan çox ağır görsənirdi”.

FASİLƏDƏN ÖNCƏ VACİB QƏLƏBƏ HAQQINDA

“Bu cür oynadıqdan sonra, istəyirsən ki, növbəti matç tez başlasın. Biz keçən beynəlxalq fasilə zamanı çox yaxşı çalışdıq və həmin vaxtdan demək olar ki, çox yaxşı görsənirik. Biz keçən uikenddə hamını və ən çox da özümüzü üzdük, amma ümumilikdə yeddi oyundan 5 qələbə, bir məğlubiyyət və “Liverpul” ilə bərabərlikdən sonra deyə bilərik ki, irəli addım atmışıq”.


Mənbə: manutd.com

0 comments