Lindelöf: “Mourinyo ən yaxşı klubda çalışmalıdır”

Viktor Lindelöf, Joze Mourinyo
Paylaş:

Viktor Lindelöf etiraf edib ki, 11 ay bundan öncə “Mançester Yunayted”dən istefaya göndərilən Joze Mourinyo üçün darıxıb.

Portuqaliyalı məşqçi Lindelöfü “Old Trafford”da çalışdığı zaman “Benfika”dan transfer etmişdi, amma isveçli müdafiəçi özünün ilk mövsümündə tez-tez meydana çıxmırdı.

Keçən mövsüm Lindelöf əsas heyətdə yerini möhkəm etdi və həm Mourinyonun, həm də onu əvəzləyən Ole Qunnar Sulşerin komandasının əsas üzvünə çevrilmişdi.

Bu həftə Viktor Lindelöf vətənində “Qızıl top” mükafatını qazandı, hansı ki, ilin ən yaxşı isveçli futbolçusuna verilir və müdafiəçi onun karyerasında önəmli rol oynamış Mourinyoya minnətdarlığını bildirmişdi.

“İstənilən halda o, dünyanın n yaxşı məşqçilərindən biridir və dünyanın ən yaxşı klublarında çalışmalıdır. Onun futbolda olmaması mənim üçün darıxdırıcıdır” – Lindelöf deyib.

“O, əla məşqçi və gözəl insandır, hansı ki, mən ona çox minnətdaram. Məhz, o, mənə şans verdi və onun sayəsində buradayam. Mən ona böyük hörmətlə yanaşıram və mənə dediyi hər bir sözü, etdiyi hər bir hərəkətlərini, töhmətdən qucaqlaşmağa qədər hamısını dəyərləndirirəm”.

“Hətta bəzən mən onunla razılaşmasam belə… onun inanılmaz xarizması var, ona hörmət etməmək mümkünsüzdür. O, mümkün olan bütün kubokları qazanıb. Əgər o, sənə nəsə deyirsə, ona qulaq asmalısan”.


Mənbə: Manchester Evening News

0 comments