“Yunayted” mövsümün ilk rübü üçün maliyyə hesabatlarını açıqlayıb

Mançester Yunayted
Paylaş:

“Mançester Yunayted” cari mövsümün 1-ci rübü üçün maliyyə hesabatlarını təqdim edib.

Hesabatda bildirilir ki, klubun hazırkı xalis borcu ötən mövsümün eyni rübü üçün qeydə alınan məbləğdən 140 milyon funt-sterlinq daha artıqdır. Belə ki, 2018/19 mövsümünün 1-ci rübündə klubun xalis borcu 247.2 milyon funt-sterlinq təşkil edirdisə, bu rəqəm hazırda 55.5% artımla 384.5 milyon funt-sterlinq təşkil edir.

Təqdim olunan başqa bir hesabatda isə klubun cari mövsümün ilk rübü üçün əldə etdiyi gəlirlərin ötən mövsümlə müqayisədə 400 min funt-sterlinq daha artıq təşkil etdiyi qeyd olunur. Mövsüm başlayandan bəri “Yunayted” ümumilikdə 135.4 milyon funt-sterlinq gəlir əldə edib. Məbləğin 80.4 milyonu ticari gəlirlərə aiddir və bu göstərici ötən ilin eyni periodu üçün 5.9% artımla özünü büruzə verir. Lakin klub mövsümün sonunda əldə olunacaq ümumi gəlirin ötən mövsümlə müqayisədə geriləyəciyini təxmin edir. Bu ilin 30 iyunu üçün açıqlanan hesabatda “Mançester Yunayted” 627.1 milyon funt-sterlinq gəlir əldə etdiyi bildirilmişdi, amma 2020-ci ilin iyunu üçün bu rəqəmin 560-580 milyon funt-sterlinqə qədər düşəcəyi gözlənilir.

Komandanın Çempionlar Liqasında çıxış etməməsi də yayım gəlirlərinə mənfi təsir edib. Ötən mövsümlə müqayisədə bu mövsümün 1-ci rübündə klub yayım gəlirlərindən 23.1% geriləmə ilə 32.9 milyon funt-sterlinq gəlir götürüb.

Ed Vudvard:

“Biz futbol fəlsəfəsi və komplektləşmə baxımından təmiz bir görüşə sahibik. Son illərdə transferlərə, infrastruktura, analitiklərə və Akademiyamıza etdiyimiz yatırımlar artıq meyvələrini verməyə başlayıb. Tezliklə bir Akademiya yetirməsinin iştirakı ilə 4000-ci yubiley matçını keçirəcəyimiz üçün fəxr edirik və biz gənclərin inkişaf etməsi barədə çox optimistik. Bizim ən əsas hədəfimiz Akademiyamızdan gələn oyunçuların dünya standartlarını özündə birləşdirməsi ilə həyəcanverici futbol oynayaraq kuboklar qazanmaqdır”.


Mənbə: Sky Sports

0 comments