“Şeffild” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer bazar günü Premyer Liqa çərçivəsində baş tutacaq “Şeffild Yunayted” ilə matçdan əvvəl komandanın son vəziyyəti haqqında məlumat verib.

KOMANDA HAQQINDA

“Skott bir müddət olmayacaq. O, bizimlə məşq etməyəcək, bərpa prosesi davam edir və ümid edək ki, “Tottenhem” və ya “Siti” ilə oyuna qədər hazır olacaq. Skott tez bərpa olunur, amma “Şeffild” və “Astana” ilə matçda dəqiq olmayacaq.

Pol Poqba bərpa olunur. Əlbəttə, çoxdandır oynamır və sən uzun müddət gipsdə gəzirsənsə, onda forma yığmaq bir az vaxt aparacaq. Hələlik məşqlərə başlamayıb, ona görə də onu meydanda görməmişdən öncə bir müddət gözləyəcəyik.

Aksel, Lyuk və Nemanya məşqlərə qayıdıblar, deməli vəziyyətimiz bir az düzəlib. Ola bilsin ki, bu oyuna hazır olmasınlar, çoxdandır oynamırlar. Amma məşqlərdə biz indi daha çoxuq.

Tim (Fosu-Mensa) və Erikin zədəsi dizindədir, onlar da çoxdandır oynamırlar, amma bərpa prosesi yaxşı gedir. Onlar hələlik komandaya qoşulmayıblar, amma çox gözləməyəcəyik. Rohonun əzələ problemi var idi, hansı ki, məşq zamanı yaranmışdı, yəqin ki bir neçə həftə oynaya bilməyəcək”.

JOZE MOURİNYO HAQQINDA

“Qorxuram ki, sizi üzəcəm, amma bu gün biz burada Mourinyo ya Poçettinonu müzakirə etmirik. Əlbəttə, bu yaxşıdır ki, Joze qayıtdı, xüsusilə də sizin üçün və ola bilsin ki, mənim üçün də, çünki sizin üçün indi yeni mətnlər və müzakirələr üçün mövzu var. Maurisio gəldikdə isə bu hər zaman kədərlidir ki, sənin kolleqalarından kimisə işindən uzaqlaşdırırlar, yaxşı indan birini Milad bayramı öncəsi istefaya göndərirlər. Hər şeyin yaxşısını ona arzulayıram.

“Tottenhem”in qərarı məni təəccübləndirdimi? Futbolda heç nəyə təəccüblənmək olmur, mən öz komandam haqqındafikirləşməyi üstün tuturam”.

İLK DÖRDLÜK MÜBARİZƏSİ HAQQINDA

“Turnir cədvəlində ilk dördlük komandaları və digər komandalar arasında fərq üç-dörd xaldır. İndi bizə stabil olaraq xallar qazanmaq lazımdır. Biz keçən yığmalar üçün ayrılmış fasilədən sonra nəticələrimiz və oyunumuz yaxşılaşıb, komandalar turnir cədvəlində çox sıx qərarlaşıblar və mən sadəcə növbəti oyunumu gözləyirəm, hansı ki, orada yaxşı çıxış edib, xallar qazanmaq lazımdır”.

POQBA NƏ VAXT QAYIDACAQ?

Yığmalar üçün ayrılmış fasilə başlayandan növbəti bərpa prosesinə keçid edib və həmin vaxt bilindi ki, zədə hələ tam sağalmayıb.Onun gipsini çıxardıblar, amma  oyunçu altı-yeddi həftə oynamırsa, formadan düşür, ona görədə ona zaman-zaman formasını bərpa etmək lazımdır və bu daha bir neçə həftə aparacaq”.

OYUNÇULARIN DUBAYDAKI MƏŞQLƏRİ HAQQINDA

“Bunun xərcini klub özü ödüyüb, çünki mən qərar verdim ki, onlara ora getmək lazımdır, əks halda öz xərclərini özləri ödəyəcəkdilər. Mən qərar verdim ki, onlara günəş lazımdır, ona görə də bir neçə məşqçi, xanımları və uşaqları ilə birlikdə ora yollanmışdılar. Mançesterdə hava həddindən artıq yağışlı və rütubətli idi, ona görə də bu onlar üçün əla bir səfər oldu”.

HENDERSON HAQQINDA

“Çox şadam ki, “Yunayted”ə qarşı oynamayacaq. Din “Şeffild”də əla oynayır və bu onun üçün çox yaxşıdır. Saymon Mur onların ikinci qapıçısıdır, onunla “Kardiff”də birlikdə çalışmışıq, o da yaxşı qapıçıdır”.

YARIMMÜDAFİƏ XƏTTİ MAKTOMİNEY VƏ POQBASIZ NECƏ OLACAQ?

“Nemanya Matiç də çoxdan oynamır. Dünyanın istənilən top komandasında üç yarımmüdafiəçi yoxdursa, bu onun üçün böyük problemdir, amma Fred özünü yaxşı göstərə bilib və biz onları əvəzləmək üçün bir şey fikirləşəcəyik.

Uzunmmüddətli perspektiv üçün, əlbəttə, biz yarımmüdafiə xəttini gücləndirməyi də planlaşdırmışıq, amma indi sizə bu haqda danışa bilmərəm”.


Mənbə: Manchester Evening News

0 comments