Sulşer “Şeffild” ilə oyundan sonra

Sulşer
Paylaş:

Gərgin keçən “Şeffild Yunayted” səfərindəki oyundan sonra Ole Qunnar Sulşer bildirib ki, oyunun nəticəsi onda qarışıq hislər yaradıb.

BİRİNCİ QOLUN EFFEKTİ

“Bəzən futbol taktika çərçivəsindən kənara çıxır. Belə məqamda hər şey oyunçuların istəyi və enerjisi həll edir, hansı ki, onu azarkeşlərin dəstəyindən alırlar. Onların komandasının enerjisi bizimlə müqayisədə daha çoxdur, amma daha sonra biz ilk qolumuzu vurduq, ardınca isə bizə enerji və özünəinam hissi qayıtdı”.

ÖZÜNƏİNAM HİSSİ KEÇƏN MÖVSÜMDƏN DAHA ÇOXDUR

“Keçən illə müqayisədə özünəinam hissi daha böyükdür. Hesab 2-0 olanda yadıma “Everton” ilə matç düşdü. Keçən il olsaydı üçüncü, dördüncü və beşinci qolu da buraxa bilərdik. Amma indi mənim uşaqların gücündən, enerjisindən və əhvalından heç bir şübhəm yoxdur. Onlar heç vaxt təslim olmurlar. Bu irəliyə atılmış iri bir addımdır, onlar hesabı 2-0-dan 3-2-yə çevirə bildirdilər”.

PİS KEÇƏN OYUNUN İLK SAATI

“Oyunun bu ərəfəsində komandanı alqışlamaq üçün heç nə yox idi. “Şeffild” elə görsənirdi ki, sanki qələbə onlara daha çox lazım idi və onlar etdiklərinin hamısında daha çox inanırdılar. Bizdə gah burada, gah orada nəsə çatmırdı və ilk hissədə qapıya bir zərbə belə vura bilmədik. Amma buraxılan ikinci qola verilən reaksiya fantastik idi”.

OYUNDAKI DƏYİŞİLİKLƏR HAQQINDA

“Əgər sən 2-0 uduzursansa, onda risk etməlisən. Qorxusuz oynamalısan, özünü meydanda qoymalısan. İlk qolda Den yaxşı keçid elədi və Brenden əla zərbə vurdu. Ardınca Meyson fərqləndi, yaşı 20-dən aşağı olan iki oyunçumuz qol vurdu, bununla fəxr edə bilərik. Brendon, Meyson və Markus üçün əla təcrübə oldu, çünki belə bir stadionda 2-0 hesabını dəyişmək asan iş deyil”.

ÜMUMİ TƏƏSSÜRAT

“Qarışıq hislərdir. Biz özümüzdən razı ola bilmərik,çünki oyunun çox hissəsində pis oynadıq, amma göstərə bildik ki, dönüş edə bilərik. Oyunçular nəyə qadir olduqlarını göstərdilər. Deməli biz belə yerlərə gəlib, belə matçları qazana bilərik, amma oyunun 60-7.-ci dəqiqələrindən ibrət götürməliyik”.


Mənbə: manutd.com

0 comments