“Astana” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer Avropa Liqası çərçivəsində Qazaxstanda “Astana” ilə qarşılaşmadan öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

HEYƏTİN SEÇİLMƏSİ HAQQINDA

“Biz ağılla hərəkət edəcəyik. Biz yaxşı çalışmışıq ki, dörd oyundan sonra pley-off mərhələsinə yüksəldik, ona görə də bizim imkanımız var ki, oyun praktikasını olanlara bu şəraiti yaradaq. Aksel, Lyuk və Cessi elə də çox oynamayıblar. Li Qrant ilk dəfə olacaq ki, bizim komandada start heyətdə meydana çıxacaq. Yalnız uşzaqları meydana buraxmaq asan deyil. Bizim üçün yaxşı fürsətdir ki, həm gəncləri və həm də təcrübəli futbolçuları birlikdə meydanda görək”.

QAZAXSTAN SƏFƏRİ HAQQINDA

“Vaxt və uçuş məsafəsi tamamilə fərqlidir. Səfər fantastik alındı, amma biz hələ Britaniya vaxtı ilə yaşayırıq. Əgər siz görsəz ki, oyunçular gecələr gəzirlər, deməli hələ də Britaniya vaxtı ilə yaşayırlar”.

MAKS TEYLOR HAQQINDA

“Bu fantastik bir hekayədir, biz şadıq ki, o, qayıtdı. Mən Maksla bu işə gələndən dərhal sonra görüşdüm, onun bütün yolunu və bununla necə bacardığını da gördüm. Heç kim onun yaşadığını yaşmamalıdır. O, tamamilə qorxusuz biridir və onun hekayəsi bütün oyunçuları ruhlandırmalıdır. Oyunçu gərək futbol meydanından həzz alsın və mən ümid edirəm ki, onun karyerasında inkişaf görəcəyik”.

NEVİLLİN MƏSLƏHƏTİ HAQQINDA

Nevill məsləhət görmüşdü ki, Sulşer yanvarda təcrübəli futbolçular transfer etməlidir ki, özünü müdafiə edə bilsin.

“Mən yalnız “Mançester Yunayted”ə xeyir verə biləcək qərarları qəbul edirəm” – deyə cavab verib.

“ASTANA” İLƏ MATÇDA NEÇƏ DEBÜTANT OLACAQ?

“Li, Leyrd, Bernard və Levit start heyətdə meydana çıxacaq”.

“ASTANA” İLƏ OYUN HAQQINDA

“Fikirləşirəm ki, bərabər səviyyəli oyun  olacaq. Bizim bir neçə gənc oyunçumuz olacaq. Əgər onlar bu oyunda nələrisə öyrənəcəklərsə, onda bu onlar üçün əla başlanğıc olacaq. Mən gözləmirəm ki, onlar oyunda dominatlıq edəcəklər, amma onlar mübarizə aparmalıdırlar. Əgər heyətimizdə yalnız əsas heyətin oyunçuları olsaydı, onda yəqin ki, qələbə qazanmaq şansımız daha çox olardı. Amma biz düzgün qərar verdik və bu əla oyun olacaq. Ümid edirəm ki, gənc oyunçularımızdan biri qol vuracaq və müdafiədə əla oynayacayıq, çünki bura qədər hələ ki, öhdəsindən gəlmişik”.

AVROPA LİQASI HAQQINDA

“Məncə kubok oyunları mükafat qazanmaq üçün real şansdır, əgər bu turnirə ciddi yanaşsaq. Biz bu mövsüm nələrisə qazana bilərik, ona görə də bütün gücümüzü bu turnirə qoyacayıq”.

QAZAXSTANIN PAYTAXTI HAQQINDA

“Fantastik binalar. Biz səhər saatlarında gəldik və mənim imkanım oldu ki, şəhərdə bir az gəzim. Hava şəraiti mənə evimi xatırlatdı”.

AZARKEŞLƏR ÜÇÜN BİLETİN QİYMƏTİ HAQQINDA

“Ümid edirəm ki, oyun bu xərcin əvəzini verəcək. Ola bilsin ki, oyunun əvvəlində xüsusi nəsə görəcəyik, biz azarkeşlərimizə sevinc üçün bir səbəb vermək istəyirik. Ev oyunlarımızda biletin nə qədər olduğunu bilmirəm, çünki ailəm bunu pulsuz əldə edir”.

Lİ QRANT HAQQINDA

“Mən çox şadam ki, Li bu matçda iştirak edəcək, onun öz işinə inanılmaz peşəkarlığı var. Yəqin ki, qapıçılarımız arasında ən yaxşı formada olan odur, çünki həmişə əlavə məşqlər edir. Onun 36 yaşı var, amma 26 yaşdakı kimidir. Mənim ideal qapıçı seçimim var”.


Mənbə: Manchester Evening News

0 comments